Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İsrail Ramallah hakimiyyətinin fəaliyyətinə mane olur - Fələstinin Baş naziri

    8 İyul 2025 20:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail Ramallah hakimiyyətinin fəaliyyətinə mane olur - Fələstinin Baş naziri
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İsrail, Ramallahda yerləşən Fələstin Milli İdarəsini (FMİ) zəiflətmək və onu maliyyə blokadasına məruz qoymaq üçün bütün səylərini göstərir.

    AzerVoice xəbər verir ki, bu barədə Fələstinin Baş naziri və Xarici İşlər naziri Məhəmməd Mustafa hökumət iclası zamanı deyib.

    “İsrail FMİ-ni zəiflətmək və onu maliyyə blokadasına salmaq üçün fəal şəkildə addımlar atır. Bu addımlar FMİ-nin Qəzza zolağındakı əhaliyə qarşı öhdəliklərini yerinə yetirməsinə mane olmaq məqsədi daşıyır. Eyni zamanda, bu, beynəlxalq aləmdə bu məsələdə geniş konsensus olmasına baxmayaraq, Fələstin dövlətinin yaradılmasının qarşısını almağa yönəlib” – deyə, o bildirib.

    Mustafanın sözlərinə görə, Qəzza zolağında yaxın zamanda atəşkəs rejiminə nail olunması ehtimalı artır. O əlavə edib ki, Qəzza əhalisinə yardım məqsədilə humanitar əməliyyatların koordinasiyasına hazırlıq görülür, həmçinin ərazinin bərpası üzrə konfransın təşkili planlaşdırılır.

    Xatırladaq ki, 18 may tarixində İsrail ordusu “Gideonun Arabaları” adlı genişmiqyaslı quru əməliyyatı çərçivəsində Qəzza zolağının şimal və cənub bölgələrində hərbi əməliyyatlara başladığını elan edib. Əməliyyatın məqsədi HƏMAS-ın tamamilə məhv edilməsi və Qəzzada saxlanılan bütün israilli girovların azad olunması kimi göstərilir. İsrailin Baş naziri Benyamin Netanyahu bildirmişdi ki, əməliyyatın yekununda ordu Qəzza zolağının bütün ərazisinə nəzarəti ələ keçirməyi planlaşdırır.

    Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2023-cü il oktyabrın 7-dən bəri İsrailin həyata keçirdiyi hücumlar nəticəsində ümumilikdə 57 min 500-dən çox insan həlak olub, 136 min 800-dən çox fələstinli isə yaralanıb.

    #İsrail #Fələstin #Məhəmməd Mustafa
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyə ilk bəyanatını verib

    22 İyul 2026 19:30

    İsrail və Livan arasında növbəti danışıqlar avqustun 4-də İtaliyada keçiriləcək

    22 İyul 2026 19:26

    Qəzzada ölənlərin sayı 73 min 305 nəfərə çatdı

    22 İyul 2026 18:05

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    21 İyul 2026 22:02

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    21 İyul 2026 20:10

    İsrail qüvvələri Livan ordusunun yerləşdiyi ərazi yaxınlığında atəş açıb

    21 İyul 2026 20:00

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    İordan çayının qərb sahilində təhlükəsizlik böhranı dərinləşir

    21 İyul 2026 19:08

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    20 İyul 2026 22:25
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 23 İyul

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    Körfəz Əməkdaşlıq Şurası İranın hücumlarını pisləyib

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    Qanalı vətəndaşlar Cənubi Afrikadakı ksenofob zorakılıqla bağlı BCM-yə müraciət ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.