Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Danimarka qadınlar üçün məcburi hərbi xidmət edəcək

    6 İyul 2025 18:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Danimarka qadınlar üçün məcburi hərbi xidmət edəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Danimarka qadınlar üçün məcburi hərbi xidmət tətbiq edən üçüncü Skandinaviya ölkəsi olub.

    AzerVoice xəbər verir ki, Danimarka parlamenti tərəfindən qəbul edilən yeni qanunla iyulun 1-dən etibarən 18 yaşdan yuxarı qadınlar kişilərlə bərabər hərbi lotereya sisteminə daxil ediləcək və məcburi hərbi xidmətə cəlb olunacaqlar.

    Bu qərar Skandinaviyada Norveç və İsveçdən sonra qadınları məcburi hərbi xidmətə cəlb edən üçüncü ölkə olaraq Danimarkanı önə çıxarır.

    Hazırda Danimarkada kişilər üçün hərbi xidmət məcburidir, lakin kifayət qədər könüllü olduğu üçün püşkatma sistemi tam tətbiq olunmurdu. Qadınlar isə bu günə qədər yalnız könüllü olaraq xidmətə gedə bilirdilər.

    Yeni qanuna əsasən, hərbi xidmətin müddəti də artırılaraq 4 aydan 11 aya çatdırılıb. Çağırışçılar ilk 5 ay ərzində hərbi hazırlıq, növbəti 6 ayda isə əməliyyat təlimləri keçəcəklər.

    Hazırda 6 milyon əhalisi olan Danimarkanın ordusunda 9000 peşəkar əsgər xidmət edir. Yeni sistemlə hökumət 2033-cü ilə qədər hər il 6500 yeni əsgər cəlb etməyi planlaşdırır.

    Qeyd edək ki, bu qərar Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropada artan hərbi təhlükəsizlik narahatlıqları fonunda Danimarkanın müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır. NATO ölkələri ilə birlikdə hərbi xərcləri artıran Danimarka, bu islahatla həm gender bərabərliyini təşviq edir, həm də ordu strukturunu gücləndirməyi hədəfləyir.

    #Danimarka #gender bərabərliyi #qadınlar üçün məcburi hərbi xidmət #qadınlar üçün hərbi xidmət #Skandinaviya ölkələri #Danimarka ordusu #əməliyyat təlimləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Avropa İttifaqı və bir sıra ölkələr İsrailin BMT agentliyinin obyektini ələ keçirməsini pisləyib

    27 Avqust 2026 18:23

    Danimarka tankerinin marşrutu husilərin xəbərdarlığından sonra dəyişdirilib

    24 İyul 2026 18:09

    Danimarkanın Baş naziri Ankarada Qrenlandiya ilə bağlı açıqlama verib

    8 İyul 2026 13:21

    Danimarka Qrenlandiya ilə bağlı mövqeyini bir daha açıqladı

    7 İyul 2026 20:48

    Norveç Ukraynanın hava hücumundan müdafiəsinə 306 milyon dollar ayıracaq

    7 İyul 2026 19:51

    Qlobal Toxum Anbarı bəşəriyyəti qoruya bilərmi?

    19 İyun 2026 03:00

    Xarici işlər nazirləri Livanda gərginliyin artmasına dərin narahatlıq bildirib

    5 İyun 2026 22:18

    Tramp Qrenlandiyaya "xəstəxana gəmisi" göndərir: Danimarka tərəfi təşəbbüsü lağa qoyur

    23 Fevral 2026 18:16

    Danimarka kralı Trampın bəyanatları fonunda Qrenlandiyaya səfər edib

    19 Fevral 2026 12:25

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    Qrenlandiya danışıqları fonunda Danimarkanın “dərman kartı” - Novo Nordisk ABŞ qarşısında nə qədər güclüdür?

    3 Fevral 2026 10:23

    Qrenlandiya böhranı böyüyür - Avropa Trampın təzyiqlərinə qarşı birləşir

    27 Yanvar 2026 21:33
    XƏBƏR LENTİ

    Hörmüz boğazından keçən gəmilərin sayı kəskin azalıb

    Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov

    İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

    Səudiyyə Ərəbistanında rəqəmsal rifahın inkişafı üçün yeni təşəbbüslər başladılıb

    Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb

    İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran

    Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.