Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Vens Maskı Tramp ilə münasibətləri yaxşılaşdırmağa çağırıb

    11 İyun 2025 21:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Vens Maskı Tramp ilə münasibətləri yaxşılaşdırmağa çağırıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ-ın vitse-prezidenti Cey Di Vens və Ağ Evin aparat rəhbəri Syuzan Vails ABŞ Prezidenti Donald Tramp ilə əlaqələrini bərpa etməsi üçün İlon Maska çağırış ediblər.

    AzerVoice xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

    Qeyd edək ki, Vens və Vails iyunun 6-da Mask ilə telefon danışığı zamanı gərginliyin azaldılmasına çağırıblar. Qəzetin məlumatına görə, ABŞ-ın vitse-prezidenti Trampı dəstəkləyib, lakin Maskı tənqid etməyib.

    Xatırladaq ki, Tramp və Mask iyunun 5-də sosial şəbəkələrdə kəskin bəyanatlarla fikir mübadiləsi aparıblar. Mask, ötən ilin noyabrındakı seçkilərdə onun dəstəyi olmadan Trampın qalib gələ bilməyəcəyini iddia edib, Trampa impiçment elan olunması ideyasını dəstəkləyib, Ağ Ev tərəfindən təklif edilən dövlət xərclərinin azaldılmasına dair qanun layihəsini və Tramp tərəfindən tətbiq edilən idxal rüsumlarını tənqid edib, həmçinin cari ilin ikinci yarısında ABŞ iqtisadiyyatının tənəzzülə uğrayacağını proqnozlaşdırıb. Öz növbəsində Tramp Maskı federal hökumətin işinin səmərəliliyini artırmaq üçün məsul olduğu quruma rəhbərlik edərkən öz vəzifələrini "vicdanla yerinə yetirməməkdə" və "dəli olmaqda" ittiham edib. Tramp Maskın şirkətləri, o cümlədən "SpaceX" ilə dövlət müqavilələrini ləğv etməklə və bütün subsidiyaları dayandırmaqla hədələyib.

    Daha sonra isə Mask, Tramp barədə yazdığı bəzi paylaşımlarına görə təəssüf hissi keçirdiyini bildirib. "New York Post" qəzetinin dərc etdiyi "Pod Force One" adlı podkastın efirində ABŞ Prezidenti, Maskı bağışlaya biləcəyini deyib.

    #ABŞ #Donald Tramp #İlon Mask #Cey Di Vens
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    3 Sentyabr 2026 22:36

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    3 Sentyabr 2026 22:24

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    3 Sentyabr 2026 21:37

    Tramp ABŞ-nin silah ehtiyatlarının azaldığı barədə məlumatları təkzib edib

    3 Sentyabr 2026 20:17

    ABŞ-nin Strateji Neft Ehtiyatı nədir və niyə mühüm əhəmiyyət daşıyır?

    3 Sentyabr 2026 20:10

    Hörmüz boğazından neft daşınması müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb - Tramp

    3 Sentyabr 2026 20:06

    İraq İran müharibəsinin nəticələrini ABŞ nümayəndəsi ilə müzakirə edib

    3 Sentyabr 2026 19:33

    İranın gecə hücumlarında hərbi bazalarımız vurulmayıb - ABŞ

    3 Sentyabr 2026 18:50

    Oman sultanı ABŞ və İran arasında gərginlik fonunda Böyük Britaniyaya səfər edəcək

    3 Sentyabr 2026 18:24

    İran ABŞ-də aralıq seçkilərinin nəticəsini gözləyir

    3 Sentyabr 2026 18:12

    Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp

    3 Sentyabr 2026 16:37

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    3 Sentyabr 2026 10:52
    XƏBƏR LENTİ

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.