Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Ruanda və Konqo arasında gərginlik: Ruanda ECCAS-ı tərk edib

    8 İyun 2025 09:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ruanda və Konqo arasında gərginlik: Ruanda ECCAS-ı tərk edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Ruanda, Mərkəzi Afrika Dövlətləri İqtisadi Birliyindən (ECCAS) ayrıldığını rəsmi olaraq elan edib.

    AzerVoice xəbər verir ki, bu barədə Ruanda Xarici İşlər Nazirliyinin verdiyi yazılı açıqlamada deyilir.

    Açıqlamada, Ruandanın bəzi üzv dövlətlərin dəstəyi ilə Konqo Demokratik Respublikasının (KDR) ECCAS-ı öz məqsədlərinə uyğun istifadə etməsini pislədiyi bildirilib.

    Açıqlamada, həmçinin, ECCAS-ın, dünən Ekvator Qvineyasının paytaxtı Malabo şəhərində keçirilən 26-cı Zirvə toplantısına diqqət çəkilərək, bu toplantıda Konqonun tələblərini qəbul etmək üçün Ruandanın növbəli prezidentlik haqqının "qəsdən" görməzdən gəlindiyi iddia edilib.

    "Fəaliyyətləri artıq prinsiplərinə və faydalılığına zidd olan bir təşkilatda üzvlüyünü davam etdirmək üçün heç bir səbəb görmürük" - deyə, açıqlamada bildirilib.

    Qeyd edək ki, 1983-cü ildə bölgədəki sülh, təhlükəsizlik, iqtisadi inteqrasiya və inkişafı təşviq etmək məqsədilə qurulan təşkilatda 11 ölkə iştirak edir.

    Ruanda 2007-ci ildə təşkilatdan çıxmış, ancaq 2016-cı ildə yenidən üzv olmuşdu.

    Həmçinin onu da qeyd edək ki, son illərdə Ruanda ilə Konqo arasında Şərqi Konqoda baş verən təhlükəsizlik böhranları və üsyançı qrupların dəstəkləndiyi iddiaları səbəbindən ciddi diplomatik gərginliklər yaranıb.

    #Afrika #Ruanda #Konqo Demokratik Respublikası (KDR)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

    28 Avqust 2026 12:33

    Azərbaycan Afrika Respublikasına başsağlığı verib

    20 Avqust 2026 12:10

    Afrikanın ucqar meşələrindən qlobal təhdidə: Meymunçiçəyi virusunun yayılma coğrafiyası

    12 İyul 2026 12:00

    Mozambik prezidenti silahlı qrupları dialoqa çağırdı - Kabo Delgado bölgəsində sülh ümidləri müzakirədə

    4 İyul 2026 14:48

    ABŞ-ın mövqeyi Somalidə sülhməramlı missiyanın gələcəyini təhlükə altına salıb

    2 İyul 2026 22:12

    Azı 37 nəfər hələ də silahlı şəxslərin əsirliyindədir - Nigeriyada məktəbə hücum

    30 İyun 2026 22:45

    Sudanda islamçıların gələcəyi sual altındadır

    24 İyun 2026 21:53

    Yaxın Şərqdəki qeyri-sabitlik Afrikaya təsir edəcək

    22 İyun 2026 22:48

    Konqodakı düşərgədə azı 30 ölüm qeydə alınıb, Ebola virusunun sürətlə yayıldığı ehtimal edilir

    20 İyun 2026 21:56

    Yalçın Rəfiyev IGAD-ın icraçı direktoru ilə görüşüb

    18 İyun 2026 20:02

    Somaliland İsrailin hərbi baza yaratması iddialarını təkzib edib

    17 İyun 2026 18:49

    Azərbaycan və Çad iqtisadi əməkdaşlığı dəyərləndirilib

    16 İyun 2026 20:32
    XƏBƏR LENTİ

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.