Ceyhun Bayramov Ruandanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Olivye Jan Patrik Nduhungirehe ilə görüşüb.
#Ruanda
Tarix bu gün bəşəriyyəti sarsıdan ən qanlı soyqırımların başlanmasına, qlobal idman ənənələrinin dirçəldilməsinə və böyük müharibələrin alovlanmasına şahidlik edib.
“FIFA series” turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq. Bu barədə FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında paylaşım edərək məlumat verib. Canni İnfantinonun paylaşımını diqqətinizə çatdırırıq: 2026-cı ilin mart və aprel aylarında beynəlxalq oyunlar pəncərəsi çərçivəsində “FIFA Series” turnirinin ilk genişmiqyaslı təşkilini təsdiqləməkdən məmnunam.
Türkiyənin silahlı insansız hava aparatları (SİHA) Afrika qitəsində geniş şəkildə yayılaraq regionun təhlükəsizlik və hərbi əməliyyatlarında mühüm rol oynamağa başlayıb. Hazırda Afrikanın ən azı 16 ölkəsində türk istehsalı SİHA-lar aktiv şəkildə istifadə edilir.
Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı – ITU WTDC çərçivəsində Ruandanın İnformasiya və Kommunikasiya Texnologiyaları və İnnovasiya Naziri və bir sıra rəsmi nümayəndə heyəti Azərkosmosun Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə səfər edib.
Qətər Dövləti Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə sarsılmaz sadiqliyini yenidən bəyan edərək, beynəlxalq təşkilatın fəaliyyətinə dəstəyini, onun tərəfdaşlıqlarının möhkəmləndirilməsinə və BMT-nin səmərəliliyini, çevikliyini və qlobal problemlərə reaksiyasını artırmaq məqsədi daşıyan islahatlara verdiyi dəstəyi vurğulayıb.
Ruanda və Azərbaycan arasında bir çox oxşarlıqlar var. Hesab edirəm ki, biz bu oxşarlıqları daha da inkişaf etdirə, əməkdaşlığı və tərəqqini daha da artıra bilərik. Bu fikirləri Ruanda Prezidenti Pol Kaqame Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatı zamanı deyib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ali qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Ruanda Respublikasının Prezidenti Pol Kaqame sentyabrın 20-də Şəhidlər xiyabanını ziyarət edib.Ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən Ruanda Prezidentinə Şəhidlər xiyabanının tarixi, şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Azərbaycanda rəsmi səfərdə olan Ruanda Respublikasının Prezidenti Pol Kaqame sentyabrın 20-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdülkadir Uraloğlu, türk şirkətləri tərəfindən istehsal edilən hava balonlarının Ruanda, Qana, Misir, Azərbaycan, Qətər, Oman, Tanzaniya, Cənubi Koreya, Yaponiya, Meksika və İordaniyaya 42 ədəd göndərildiyini açıqlayıb. Misir 23 şarla lider ölkə olub. Nazir qeyd edib ki, hava balonları 2019-cu ildən SHGM-də qeydiyyata alınaraq, HÜRKUŞ təlim təyyarəsindən sonra Türkiyədə tip sertifikatı alan ikinci mülki aviasiya vasitəsi olub. İlk ixracat isə 2020-ci ildə Ruandaya həyata keçirilib. Türkiyə istehsalı balonlar Braziliya və Meksika Mülki Aviasiya Qurumları tərəfindən beynəlxalq sertifikatlarla tanınıb.
Sənədə KDR-nin xarici işlər naziri Tereza Kayivamba və Ruandanın xarici işlər naziri Olivye Nduhungirehe ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə imza atıblar.