Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Fransa və Vyetnam arasında doqquz milyard avro dəyərində müqavilə imzalanıb

    27 May 2025 16:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Fransa və Vyetnam arasında doqquz milyard avro dəyərində müqavilə imzalanıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Fransa Prezidenti Emmanuel Makronun Vyetnam Respublikasına dövlət səfəri çərçivəsində iki ölkə arasında ümumi dəyəri 9 milyard avro olan bir sıra mühüm müqavilələr imzalanıb.

    AzerVoice xəbər verir ki, Fransa lideri bildirib ki, bu müqavilələr əsasən aviasiya, dəmir yolu, müdafiə və enerji sahələrini əhatə edir.

    "Bu müqavilələr Fransa ilə Vyetnam arasında güclü əməkdaşlığın göstəricisidir və strateji tərəfdaşlığımızın genişlənməsinə xidmət edir" – deyə Makron vurğulayıb.

    Rəsmi statistikaya görə, Fransa 2024-cü ildə Vyetnamın Avropada beşinci ən böyük ticarət tərəfdaşı olub. İki ölkə arasında ticarət dövriyyəsi 2023-cü illə müqayisədə 12,9 faiz artaraq 5,42 milyard ABŞ dollarına çatıb.

    Hazırda Fransa Vyetnamda sərmayə qoyan 147 ölkə və region arasında 16-cı yerdədir. Ölkədə Fransaya məxsus ümumi dəyəri 3,95 milyard dollar olan 700-ə yaxın investisiya layihəsi fəaliyyət göstərir.

    Fransa, eyni zamanda, Vyetnama qrant və güzəştli maliyyə yardımları göstərən əsas Avropa ölkəsi olaraq çıxış edir. Paris indiyədək Hanoya 16,7 milyard avro həcmində güzəştli kredit təqdim edib. Bu vəsaitlər əsasən infrastruktur, kənd təsərrüfatı, yaşıl sənaye, maliyyə və texnoloji keçid layihələrinə yönəldilib.

    #Fransa #Vyetnam #Emmanuel Makron #əməkdaşlıq əlaqələri #İkitərəfli əlaqələr
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb

    28 Avqust 2026 22:18

    Fransanın ən böyük bankı Səudiyyə Ərəbistanında regional baş qərargah açmaq üçün icazə alıb

    25 Avqust 2026 19:25

    Səudiyyə Ərəbistanı regional sabitlik və boğazlarda təhlükəsizliyə ciddi önəm verir

    25 Avqust 2026 18:31

    Səudiyyə Ərəbistanı Fransada 22 min iş yeri açacaq

    25 Avqust 2026 10:15

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04

    Türkiyə etibarlı tərəfdaş və müttəfiqdir - Səudiyyə Ərəbistanlı general

    21 Avqust 2026 14:54

    Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir

    21 Avqust 2026 10:52

    Fransa-Səudiyyə Strateji Tərəfdaşlıq Şurası ilk dəfə toplanır - Gündəlikdə nələr var?

    21 Avqust 2026 10:08

    Ərdoğan və Takaiçi ikitərəfli əlaqələri müzakirə etdi

    19 Avqust 2026 14:51

    Makron ölümə yardım haqqında qanunu təsdiqlədi

    19 Avqust 2026 14:03

    İran iki fransalı diplomatı "persona non grata" elan etdi

    19 Avqust 2026 11:58

    Tehran Fransa səfirliyinin iki əməkdaşına qapıları bağladı

    17 Avqust 2026 18:20
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.