Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Qətər
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Körfəz Əməkdaşlıq Şurası
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Ukrayna ilə sülh memorandumu hazırlayırıq- Rusiya

    27 May 2025 15:07
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ukrayna ilə sülh memorandumu hazırlayırıq-  Rusiya
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Rusiya, Ukrayna ilə sülh üçün hazırlanacaq memoranduma dair prinsipləri və müddətləri müəyyənləşdirir.

    AzerVoice xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İstanbul danışıqları çərçivəsində əldə olunan razılaşmalara əsasən Rusiya tərəfinin Ukrayna ilə mümkün sülh müqaviləsinə dair memorandum layihəsi üzərində işlədiyini açıqlayıb.

    Dağıstanın paytaxtı Mahaçqalada keçirilən mətbuat konfransında çıxış edən Zaxarova bildirib ki, sözügedən memorandumda münaqişənin həlli üçün əsas prinsiplər, kompromis şərtlər, potensial atəşkəs və sülh sazişi üçün müəyyən son tarixlər əks olunacaq. O, həmçinin qeyd edib ki, Moskva Kiyevdən eyni vaxtda öz layihə təklifini göndərməsini gözləyir.

    Zaxarova Ukraynanın mülki hədəflərə hücum etdiyini və bu cür “terror metodları” ilə guya danışıqlar prosesi görüntüsü yaratmağa çalışdığını bildirərək, “Bu cür hücumlar vəziyyəti daha da gərginləşdirir” - deyə bildirib.

    İsrailin Cenin bölgəsində diplomatlara atəş açması ilə bağlı suala cavab verən Zaxarova həmin hücumların sülh prosesinə xələl gətirdiyini vurğulayıb. O, Fələstində yaşananları “müasir dövrün ən utancverici humanitar faciələrindən biri” adlandıraraq, Rusiyanın beynəlxalq platformalarda bu məsələ ilə bağlı aktiv təmasda olduğunu deyib.

    Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlar Türkiyənin vasitəçiliyi ilə İstanbulda aparılır və əvvəlki razılaşmaların əldə olunması Kiyevin mövqeyi səbəbindən çətinliklə baş tutmuşdu.

    #Türkiyə #Rusiya #Ukrayna #Mariya Zaxarova #Rusiya-Ukrayna münaqişəsi #Rusiya-Ukrayna müharibəsi #Rusiya-Ukrayna müharibəsinin sonu #İstanbul üçlü görüş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ukrayna Avropa İttifaqını “Rosatom”a qarşı sanksiya tətbiq etməyə çağırıb

    17 Avqust 2026 20:23

    Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracının həcmi açıqlanıb

    17 Avqust 2026 15:54

    Dini dəyərlər cinayət fəaliyyətinə sipər ola bilməz - Türkiyənin Ədliyyə naziri

    17 Avqust 2026 13:52

    İyul ayında Türkiyədə 64 mindən çox qəza baş verib (ÖZƏL)

    16 Avqust 2026 14:30

    Ukraynadan İrana qədər - Müasir müharibələrin niyə qalibi yoxdu?

    16 Avqust 2026 06:00

    Hörmüz boğazının açılması prioritetdir - Rəcəb Tayyib Ərdoğan

    15 Avqust 2026 21:18

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndərilib

    15 Avqust 2026 11:15

    Hörmüzdə gəmiçilik azadlığını ABŞ-ın təcavüzü məhv edib - Rusiya

    14 Avqust 2026 18:39

    İranın Avropaya dəmir yolu ilə ixracında böyük artım qeydə alınıb

    14 Avqust 2026 18:13

    Avropanın qaz ehtiyatları azalır – Rusiya ilə münasibətlər yenidən gündəmdə

    14 Avqust 2026 16:26

    Azərbaycandan Türkiyəyə altı ayda 1,3 milyard dollarlıq təbii qaz ixrac edilib

    14 Avqust 2026 11:14

    Silivridə başlayan yanğın geniş əraziyə yayılıb, bəzi evlər təxliyə edilib

    13 Avqust 2026 16:57
    XƏBƏR LENTİ

    Bu gün Qorbaçova qarşı çevriliş cəhdi başladı

    Tarixdə bu gün –18 Avqust

    BMT İsrail məskunlarının mühasirəsində olan ailələrə yardım göstərib

    İsrailin Livanın cənubuna hücumlarında kəskin artım qeydə alınıb - BMT

    İran ABŞ-la zəruri hesab etdiyim razılaşmanı bağlamayacaq - Tramp

    Trampdan Omana şok təhdid - Mane olsanız, bombalayacağıq

    Oman sahildə qalan gəmidən yayılan neftin qarşısını almaq üçün tədbirləri gücləndirib

    İsrail prezidenti Qəzza planı ilə bağlı səyləri dəstəkləyib

    Hörmüz boğazından gəmi keçidləri kəskin azalıb

    Ukrayna Avropa İttifaqını “Rosatom”a qarşı sanksiya tətbiq etməyə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.