Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Venesuelada parlament və qubernator seçkiləri keçiriləcək

    25 May 2025 01:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Venesuelada parlament və qubernator seçkiləri keçiriləcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Venesuelada növbəti parlament və qubernator seçkiləri keçiriləcək.

    AzerVoice-un məlumatına görə, təxminən 21,5 milyon seçici yerli hakimiyyət orqanlarında kimlərin təmsil olunacağını müəyyənləşdirəcək. Ümumilikdə 54 partiya, siyasi və ictimai hərəkat, təşkilat namizədlər irəli sürüb.

    Venesuela vətəndaşları bu seçkilərdə 285 nəfərlik Milli Assambleyanın (birpalatalı parlament) deputatlarını, 24 qubernatoru və 260 qanunverici şura üzvünü seçəcəklər. İlk dəfə olaraq bu seçkilər Qayana ilə mübahisəli ərazi sayılan və ötən ilin aprel ayında ölkənin 24-cü ştatı kimi yaradılan Qayana-Esekibo bölgəsində də keçiriləcək. Yeni ştatda bir qubernator, səkkiz Milli Assambleya deputatı və yeddi qanunverici şura üzvü seçiləcək.

    Venesuela Milli Seçki Şurası (CNE) 10 may tarixində seçkilərin planlı məşqini keçirib. Elektron səsvermə texnologiyası ilə tanış olmaq üçün bir çox vətəndaş bu məşqdə iştirak edib. CNE sədr müavini Karlos Kinteronun verdiyi məlumata görə, səsvermə günü ölkə üzrə 15 min 736 seçki mərkəzi və 27 min 713 elektron səsvermə məntəqəsi fəaliyyət göstərəcək. Seçki məntəqələri yerli vaxtla saat 06:00-da açılacaq və saat 18:00-da bağlanacaq. Əgər bağlanma vaxtında hələ də növbələr olacaqsa, CNE-nin qərarı ilə səsvermə müddəti uzadıla bilər.

    Hinterlaces ictimai rəy sorğusunun nəticələrinə görə, seçicilərin 60 faizi, hakim Venesuela Birləşmiş Sosialist Partiyasının rəhbərlik etdiyi "Böyük Vətənpərvər Qütb" blokunun namizədlərinə səs verməyi planlaşdırır. Müstəqil namizədləri 15 faiz, müxalifət namizədlərini isə 5 faiz dəstəkləyir. Seçicilərin 20 faizi isə hələ qərar verməyib.

    #Venesuela #seçkilər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Perunun yeni xarici işlər naziri ABŞ ilə münasibətlərin gücləndiriləcəyini bildirib

    31 İyul 2026 22:17

    İsrail Ali Məhkəməsi ultraortodoks yəhudilərlə bağlı qanunun icrasını dayandırıb

    15 İyul 2026 20:22

    Venesuelada zəlzələlərdə ölənlərin sayı 4 333 nəfərə çatıb

    11 İyul 2026 22:35

    Eyni adlı namizəd mübahisəsi Alyaskada gündəm oldu

    27 İyun 2026 21:32

    ABŞ rəsmiləri Maria Korina Maçadonun Venesuelaya qayıdış planından narazıdır

    27 İyun 2026 20:19

    Venesuela zəlzələ bölgəsinə 1600 xarici xilasedici cəlb edib

    27 İyun 2026 19:41

    İsraildə seçkilər Netanyahunun siyasi karyerasını sona çatdıra bilərmi?

    27 İyun 2026 18:09

    Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 589-a çatıb

    26 İyun 2026 17:50

    25 ölkədən minlərlə insan Venesuelaya gedir

    26 İyun 2026 15:37

    Kanada Venesuelaya humanitar yardım göndərəcəyini açıqlayıb

    25 İyun 2026 22:46

    Antonio Quterreş Venesuelaya BMT-nin dəstəyini vəd edib

    25 İyun 2026 22:29

    Edmundo Qonzales beynəlxalq ictimaiyyətə çağırış edib

    25 İyun 2026 22:01
    XƏBƏR LENTİ

    Türkiyədə insan alveri qurbanlarının sayı açıqlanıb (ÖZƏL)

    İŞİD-in Suriyadakı virtual dünyası və yeni terror strateqiyası

    Suriya parlamentində 22 qadın deputat: Siyasi müxtəlifliyin yeni tərkibi

    Trampın namizədinə rəqib olan "Əsl miçiqanlı" Əbdürrəhman əs-Seyid kimdir?

    Suriya-Livan sərhədində xüsusi əməliyyat keçirilib

    Ciddədə caz və milli irsin sintezi - Dövlət və özəl sektor tərəfdaşlığı başlayır

    2026-cı il Toyota Corolla Cross Hybrid sınaqdan keçdi

    Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?

    Bəlxdən Konyaya uzanan mənəvi işıq: Mövlana Cəlaləddin Ruminin həyatı və irsi

    Naqasakiyə atom bombası atılmasından 81 il ötür

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.