Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Rusiya nümayəndə heyəti ATƏT PA-da fəaliyyətini dayandıracaq

    29 İyun 2024 12:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Rusiya nümayəndə heyəti ATƏT PA-da fəaliyyətini dayandıracaq
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,  VOA

    Rusiya Federasiyası Federal Məclisinin palatalarının ATƏT-in Parlament Assambleyasında Rusiya nümayəndə heyətinin fəaliyyətinin dayandırılması ilə bağlı bəyanatının layihəsi Dövlət Dumasına təqdim edilib.

     VOA -in Rusiya mediasına istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Dumanın Beynəlxalq əlaqələr komitəsinin rəhbəri, LDPR-in lideri Leonid Slutski məlumat verib.

    "Rusiya Federasiyasının ATƏT PA-da nümayəndə heyətinin fəaliyyətinin dayandırılması ilə bağlı Federal Məclisin hər iki palatasının bəyanatının layihəsi Dövlət Dumasına təqdim edilib. Biz bunu iyulun 3-də keçiriləcək plenar iclasda Federasiya Şurası ilə sinxron şəkildə nəzərdən keçirməyi təklif edəcəyik", -deyə deputat bildirib.

    Slutskinin sözlərinə görə, ATƏT PA Avropa qitəsində bərabərlik və möhkəm təhlükəsizliyin təmin edilməsi məsələlərinin müzakirəsi platformasından ABŞ və NATO-nun anti-Rusiya gündəliyi üzərində işləyən rusofob siyasətçilərin ruporuna çevrilib. "Rusiya deputatları və senatorları Assambleyanın iclaslarında iştirak etmək üçün iştirakçı ölkələrin ərazisinə daxil olmaq hüququndan əsassız olaraq imtina edildikdən sonra dəfələrlə viza ayrı-seçkiliyinə məruz qalıblar. Bu, Böyük Britaniyada, Polşada və sonuncu dəfə Rumıniyada baş verib. Rusiya nümayəndə heyəti de-fakto səsvermə hüququndan məhrum edilib, biz ATƏT PA qərarlarının hazırlanmasında iştirak edə bilmirik. Biz də Assambleyanın iclaslarında dəfələrlə hücumlarla və açıq-aşkar kobudluqla üzləşmişik".

    Slutski belə bir şəraitdə dialoq imkanlarının tükəndiyini vurğulayıb. "Biz işimizin və ATƏT PA-nın üzvlük haqqının ödənişinin dayandırıldığını elan edirik. Bu müddət ərzində Assambleyanın reqlamentinə dəyişiklik edilməsi ilə bağlı Rusiya nümayəndə heyətinə zərər vurmaq məqsədi daşıyan istənilən hərəkət hüquqi baxımdan etibarsız sayılacaq", -deyə o əlavə edib.

    Dövlət Dumasının komitə rəhbərinin sözlərinə görə, ATƏT PA rəhbərliyinin rusofob kursuna yenidən baxılarsa və konstruktiv qarşılıqlı fəaliyyət iradəsi nümayiş etdirilərsə, Rusiya bu təşkilata qayıtmaq imkanını nəzərdən keçirmək hüququnu özündə saxlayır.

    İyunun 19-da Federasiya Şurasının sədri Valentina Matviyenko Beynəlxalq əlaqələr komitəsinə iyulun 3-də keçiriləcək növbəti plenar iclasa Rusiya nümayəndə heyətinin ATƏT PA-nın işində iştirakının dayandırılması ilə bağlı palatanın qərar layihəsini hazırlamağı tapşırıb. O vurğulayıb ki, Assambleyanın işində iştirakın dayandırılması qərarı ilə eyni vaxtda Rusiya Federasiyasından ATƏT PA-ya ödənişlərin də kəsilməsi barədə qərar qəbul ediləcək.

    Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bildirib ki, Dövlət Duması ilə birgə Rusiyanın ATƏT PA-da fəaliyyətinin dayandırılması ilə bağlı analoji qərar aşağı palatanın plenar iclasında demək olar ki, eyni vaxtda qəbul ediləcək. Onun sözlərinə görə, bundan sonra bu məsələ ilə bağlı Federal Məclisin hər iki palatasının rəhbərlərinin imzası ilə ATƏT PA-nın sədrinə ümumi qərarın mətni göndəriləcək.

    Eyni zamanda, Dövlət Dumasının plenar iclasında sədr müavini Pyotr Tolstoy parlamentin aşağı palatasına ATƏT PA-nın işində iştirakı və onun büdcəsinə bütün rüsumların ödənilməsini dayandırmağı təklif edib. Dövlət Dumasının sədri Vyaçeslav Volodin Dumanın Beynəlxalq əlaqələr komitəsinə müvafiq sənəd hazırlamağı tapşırıb.

    Bu ərəfədə Rumıniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Radu Filip bildirib ki, onun ölkəsi Rusiya və Belarus nümayəndə heyətlərinin ATƏT Parlament Assambleyasının illik sessiyasında iştirakına icazə verməyəcək.

    Assambleyanın 31-ci illik sessiyası iyunun 29-dan iyulun 3-dək Buxarestdə keçiriləcək. Volodin Rusiya nümayəndə heyətinə viza verilməsindən imtinanı həqiqətdən qorxmaqla əlaqələndirib.

    #Rusiya #ATƏT PA
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Almaniya XİN başçısı Putinə müraciət etdi

    5 İyun 2026 11:00

    Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var

    5 İyun 2026 10:40

    Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir - Vladimir Putin

    4 İyun 2026 22:44

    Azərbaycandan keçməklə Ermənistana gübrə və buğda göndərilib

    4 İyun 2026 14:37

    Ukrayna FİFA və UEFA-ya niyə müraciət edib?

    3 İyun 2026 11:57

    Rusiyada təyyarə yanacağı ixracı dayandırılıb

    1 İyun 2026 12:08

    Zaporojye AES Ukrayna ordusunun hücumuna məruz qalıb - Rusiya

    31 May 2026 21:33

    Zaporijya AES yenidən xarici elektrik təchizatını itirib

    29 May 2026 13:57

    Rusiya Türkiyəyə gedən yük gəmisini PUA ilə vurdu - Ukrayna

    29 May 2026 11:12

    Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək

    29 May 2026 10:40

    Rusiya ABŞ və İranı yenidən hərbi qarşıdurmadan çəkinməyə çağırıb

    28 May 2026 19:42

    İran rəsmisinin Moskva səfəri hansı mesajları verir?

    26 May 2026 19:11
    XƏBƏR LENTİ

    Almaniya XİN başçısı Putinə müraciət etdi

    Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var

    Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionluğu münasibətilə təbrik edib

    Azərbaycan nefti ucuzlaşdı

    Yuxuda dəniz görmək necə yozulur?

    Bu gün Robert Kennedi güllələndi

    Britaniyanın Avropa İttifaqından çıxmasının iqtisadi təsirləri - 10 il sonra qiymətləndirmə

    Qlobal İslam İqtisadiyyatı İndeksində lider ölkələr hansılardır?

    Bu gün altıgünlük müharibə başladı

    720 at güclü AC Cobra GT təqdim olundu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.