Bakı. VOA :
Fransada siyasi qeyri-sabitlik getdikcə güclənir.
VOA xəbər verir ki, bu barədə "Bloomberg" agentliyində nəşr olunan məqalədə deyilir.
Nəşrin məlumatına görə, buna Makronun parlamenti buraxması səbəb olub.
Qeyd olunub ki, həmçinin, Fransa prezidentinin Ukraynaya 3,2 milyard dollar dəyərində yardım ayrılmasına dair vədi ilə bağlı da suallar yarana bilər
Belə ki, Fransada bütün yaş qrupları arasında aparılan sorğu iştirakçılarının 57 faizi növbədənkənar parlament seçkilərində Makronun partiyasının növbəti dəfə uğursuzluğa düçar olacağı təqdirdə, prezidentin istefa verməli olduğunu bildiriblər.