Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İsveçrə Suriyaya qarşı sanksiyaları dayandırıb

    7 Mart 2025 21:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsveçrə Suriyaya qarşı sanksiyaları dayandırıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    İsveçrə Federal Şurası Suriyaya qarşı bəzi sanksiyaları ləğv edib.

    AzerVoice xəbər verir ki, bu barədə Federal Şuranın rəsmi saytında verilən açıqlamada deyilir.

    Açıqlamada qeyd olunur ki, Federal Şura Suriya energetika və nəqliyyat sektorlarına qarşı tətbiq olunan sanksiyaları ləğv edib.

    Bununla yanaşı, bir sıra maliyyə xidmətlərinin göstərilməsinə və bəzi bank əməliyyatlarının aparılmasına icazə veriləcək.

    Açıqlamada bildirilib ki, məhdudiyyətlərin yumşaldılması, prezident Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması fonunda həyata keçirilir və bu addım sülh və nizamlı siyasi keçid prosesini dəstəkləmək məqsədi daşıyır.

    Bununla belə, Suriyanın dondurulmuş aktivləri və digər iqtisadi resurslarının açılmayacağı vurğulanıb.

    Xatırladaq ki, keçən ay Avropa İttifaqı (Aİ) Suriya üçün energetika və nəqliyyat sahələrində tətbiq olunan sanksiyaları dayandırıb. Brüssel dörd Suriya bankını qara siyahıdan çıxarıb, Syrian Airlines aviaşirkətinə qarşı məhdudiyyətləri ləğv edib və ölkənin Mərkəzi Bankına vəsaitlərin ayrılmasına icazə verib.

    #Avropa İttifaqı (Aİ) #Suriya #İsveçrə #Bəşər Əsəd #sanksiyalar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    22 İyul 2026 14:33

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    21 İyul 2026 20:24

    16 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib

    20 İyul 2026 18:12

    ABŞ-nin İranın təzyiq imkanlarını məhdudlaşdırmasında Suriyanın rolu nədən ibarətdir?

    20 İyul 2026 09:00

    CENTCOM İranın ABŞ hərbçiləri ilə bağlı iddiasını rədd edib

    17 İyul 2026 20:44

    Suriya İranın əl-Tənf bazasına zərbə endirməsi barədə xəbərləri təkzib edib

    17 İyul 2026 18:16

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    16 İyul 2026 20:27

    Suriya ilə razılaşma mümkündür, lakin Livanda vəziyyət tamamilə fərqlidir - Rufiz Hafizoğlu

    16 İyul 2026 14:46

    Vaşinqton İran, Rusiya və Nigeriyadakı qurumları sanksiya siyahısına salıb

    15 İyul 2026 21:01

    ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

    15 İyul 2026 19:50

    ABŞ İrana qarşı iqtisadi təzyiqi gücləndirə bilər

    15 İyul 2026 18:30

    ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin üzvlərini təhdid edir - Kazım Qəribabadi

    14 İyul 2026 22:43
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 23 İyul

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    Körfəz Əməkdaşlıq Şurası İranın hücumlarını pisləyib

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    Qanalı vətəndaşlar Cənubi Afrikadakı ksenofob zorakılıqla bağlı BCM-yə müraciət ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.