Bakı, AzerVoice
Fransa, Seneqal ordusununa bir neçə hərbi obyekti qaytarıb.
AzerVoice xəbər verir ki, bu barədə Fransanın Dakardakı səfirliyinin bəyanatında qeyd olunub.
"Bazar ertəsi, 7 mart tarixində Fransa tərəfi Mareşal və Sent-Ekzüperi dairələrində yerləşən obyektləri və yaşayış yerlərini Seneqal tərəfinə qaytardı", – deyə bəyanatda bildirilib.
Bəyanatda qeyd olunur ki, qalan obyektlər razılaşdırılmış cədvələ uyğun olaraq təhvil veriləcək.
Nəzərinizə çatdıraq ki, Paris yay aylarına qədər bütün qoşunlarını Seneqaldan çıxarmağı planlaşdırır. Mənbələrə görə, Fransa artıq Seneqal ərazisində daimi hərbi mövcudluğa ehtiyac duymur.
Bundan əvvəl, Seneqal prezidenti Bassiru Diomay Fay bəyan etmişdi ki, ölkə bu ildən etibarən ərazisində xarici qoşunların mövcudluğunu dayandırmağı nəzərdə tutan yeni hərbi əməkdaşlıq doktrinasına keçəcək.