Bakı. AzerPress:
Almaniya ticarət gəmilərini “Ənsar Allah” hərəkatının (husilər) qüvvələrinin hücumlarından qorumaq və Qərb koalisiyasının əməliyyatlarında iştirak etmək üçün “FGS Hessen” freqatını Qırmızı dənizə göndərir.
AzerPress xəbər verir ki, hava hücumundan müdafiə sistemi ilə təchiz edilən gəminin fevralın 1-də bölgədə olması gözlənilir.
Qeyd edək ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmən husiləri İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və Fələstin anklavında əməliyyat dayandırılana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər.