Bakı. AzerPress:
Ermənistan Araz çayı üzərində bəndin tikilməsini Türkiyə ilə razılaşdıracaq.
AzerPress erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bənd Araz çayının Ermənistan ərazisində əvvəlki məcrasına qayıtması üçün inşa olunacaq.
Layihənin dəyəri 1 milyon dollar dəyərində qiymətləndirilir. İcra müddəti isə 16 ay çəkəcək.
Qeyd edək ki, Ermənistan tərəfində qanunsuz qum hasilatı səbəbindən Türkiyə ilə sərhədin keçdiyi Araz çayı məcrasını dəyişib və təxminən 400 hektar ərazisidə ada formalaşıb.