#İran prezidenti Məsud Pezeşkian

İranda Müvəqqəti Liderlik Şurasının üzvləri İran prezidenti Məsud Pezeşkian, Məhkəmə Sisteminin sədri Qulamhüseyn Mohseni Ejeyi və Konstitusiyaya Nəzarət Şurasının üzvlərindən biri Ayətulla Əlirza Ərafi olacaq. Bunu İranın Məsləhət Şurasının sözçüsü Möhsün Dehnəvi “X” platformasındakı hesabında bildirib.

İran prezidenti Məsud Pezeşkian təhlükəsiz vəziyyətdədir. Bu barədə prezident administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Mehdi Tabatabai məlumat verib. «Prezident tam təhlükəsiz və sağlam vəziyyətdədir», – "X"də dərc olunan bəyanatda bildirilib.