Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    İrəvanda “soyqırımı” məyusluğu: “Bu, onların biznesidir"

    26 Aprel 2025 11:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İrəvanda “soyqırımı” məyusluğu: “Bu, onların biznesidir"
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    "Ermənistanın psixoloji və etnik baxımdan hələ də formalaşmamış bir toplum olması reallıqdır.

    AzerVoice "Cebheinfo.az"-a istinadən xəbər verir ki, bu sözləri siyasi şərhçi Rufiz Hafizoğlu deyib.

    Bayraq yandırmaqla, nifrət nümayiş etdirməklə tarix dəyişmir. Bu cür davranışların da heç bir faydası yoxdur və olmayacaq.

    O bildirib ki, əgər kimsə hansısa dövlətin 1915-ci il hadisələrini "soyqırım" kimi tanımasını Türkiyənin beynəlxalq nüfuzuna və həmin ölkələrlə diplomatik münasibətlərinə ciddi təsirini düşünürsə, yanılır:

    "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq şəkildə təklif edib ki, əgər siz 1915-ci il hadisələrinin soyqırımı olduğunu iddia edirsinizsə, buyurun, müstəqil beynəlxalq tədqiqatçılar gəlsin, məsələni araşdırsın. Türkiyə bu məsələnin obyektiv araşdırılmasına tam hazır olduğunu bildirmişdi. Amma Ermənistan bu təklifi də qəbul etmədi.

    Bu gün Rusiya 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyan ölkələr sırasındadır. Amma baxın, Rusiya və Türkiyə arasında münasibətlər necə inkişaf edib. Son onilliklərdə bu iki dövlət arasında əlaqələr mühüm mərhələlərdən keçib və strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

    Təbii ki, burada da sualtı daşlar var, hər şey göründüyü qədər sadə deyil. Amma əsas məsələ budur ki, bu tip iddialar nəinki Türkiyənin beynəlxalq münasibətlərini zəiflətmir, əksinə, bu münasibətlərin təməli daha real maraqlar və qarşılıqlı ehtiyaclar üzərində qurulur".

    Politoloq qeyd edib ki, ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrini "soyqırımı" kimi adlandırması bir müddət Türkiyə–ABŞ münasibətlərində soyuqluq yaratsa da, bu, əlaqələrin tamamilə pozulması ilə nəticələnmədi. Münasibətlər sıfır nöqtəsinə qədər düşmədi və bu, artıq bir çox məsələlərdə əhəmiyyətini itirmiş mövzuya çevrilib:

    "Eyni zamanda, Donald Tramp bu hadisələri "soyqırımı" deyil, "böyük faciə" və ya "böyük fəlakət" kimi dəyərləndirdi. Amma bu ifadə fərqi də ABŞ–Türkiyə münasibətlərində radikal dəyişiklik yaratmır. Çünki hər iki tərəf bu məsələnin artıq illərlə gündəmə gətirilib ciddi mənada siyasi alətə çevrildiyini yaxşı anlayır.

    Həqiqətən də, bu, illik olaraq təkrarlanan, artıq bir növ dəbdən düşmüş və yorucu bir mövzuya çevrilib. Əmin olun ki, zaman gələcək bəlkə də çox da uzaq olmayan bir gələcəkdə bu məsələ tədricən unudulacaq. Necə ki, bu gün dünyada baş vermiş real soyqırımların bir çoxu yaddan çıxıb, bu da o cür tarixin dərinliklərinə gömüləcək. Əslində, biz də, ermənilər də gözəl bilirik ki, 1915-ci ildə ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Bu baxımdan, bu iddiaların Türkiyə ilə münasibətlərə ciddi təsiri yoxdur və olmayacaq".

    R.Hafizoğlu vurğulayıb ki, Azərbaycan–Türkiyə–Ermənistan münasibətləri baxımından bu məsələ heç bir rol oynamır:

    "Burada həm ortaq, həm də fərqli məqamlar var. Məsələn, "Sürix protokolları" gündəmə gələndə, Prezident Rəcəb Tayyib Ərdoğan açıq şəkildə bildirdi ki, bu protokolların imzalanmasına qarşı olub. Çünki Qarabağ problemi həll olunmadan Türkiyə–Ermənistan münasibətlərini normallaşdırmaq, sadəcə, boşluğa açılan bir qapıdır. Bu gün artıq Qarabağ problemi hərbi və siyasi baxımdan həll olunub.

    Amma başqa bir ciddi maneə qalır – Ermənistanın Konstitusiyası. Ermənistan Konstitusiyasında hələ də Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları yer alır. Bu dəyişmədən nə Türkiyə–Ermənistan, nə də Ermənistan–Azərbaycan münasibətləri davamlı və sağlam ola bilər.

    Belə bir düşüncə tərzi, yəni ermənilik ideologiyası bu ölkənin siyasi təfəkküründə hakim olduqca, bölgədə sabit və qarşılıqlı faydalı münasibətlər mümkün olmayacaq. Ermənistan üçün yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq, Azərbaycanla sülh müqaviləsi imzalamaq və konstitusiyasına dəyişiklik etməkdir. Əks halda, gələcəyi olmayan bir siyasətə davam edəcəklər".

    Politoloq hesab edir ki, 1915-ci il hadisələri sadəcə bir "təhcir", yəni köçürülmə siyasəti idi. Həmin dövrdə əziyyət çəkənlərin böyük əksəriyyəti isə məhz türk və müsəlman əhali idi. Bütün bunlar sənədlərlə sübut olunub, amma dünya bu faktlara göz yummağa üstünlük verir:

    "Bu məsələni hər il bir dəfə gündəmə gətirmək sadəcə, müəyyən dairələrin oyunu və alətidir. Bu "soyqırımı" iddiası Ermənistan üçün, daha doğrusu, erməni lobbisi və kilsəsi üçün böyük maliyyə mənbəyidir. Bu səbəbdən də erməni milliyyətçiləri və revanshist qüvvələr bu mövzudan əl çəkmirlər.

    Bu, onların "biznesidir", bu "biznesin" davam etməsi üçün isə bu mifi yaşatmaq vacibdir. Nəticə olaraq, Ermənistanın qarşısında yalnız iki yol var: ya Türkiyə və Azərbaycanla münasibətləri normallaşdıracaq, ya da özünü təcrid vəziyyətində saxlayacaq. Başqa çıxış yolu yoxdur".

    #Rufiz Hafizoğlu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

    25 Avqust 2026 14:56

    İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu

    25 Avqust 2026 14:13

    HƏMAS seçkilərə qayıdır? Təşkilatın qarşısında hansı siyasi ssenari var?

    15 Avqust 2026 10:06

    Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi?

    13 Avqust 2026 16:52

    İslam dünyasının modern məsələlərə, modern yanaşmaya ehtiyacı var - Rufiz Hafizoğlu

    11 Avqust 2026 14:24

    İranın ərəb və İslam dünyası ilə qarşı-qarşıya qoyulması ssenarisi hazırlanır

    4 Avqust 2026 18:10

    Əhməd Davudoğlu önəmli fiqurdur amma...

    1 Avqust 2026 13:14

    Ermənistan İranla birgə TRIPP layihəsinə qarşı çıxdı

    26 İyul 2026 12:06

    Bab əl-Məndəbdə gərginlik: İran–ABŞ qarşıdurması davam edir

    23 İyul 2026 16:49

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    22 İyul 2026 20:58

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    22 İyul 2026 14:33

    Azərbaycan müsəlman dünyasında əməli və bərabərhüquqlu həmrəyliyin tərəfdarıdır - Rufiz Hafizoğlu

    20 İyul 2026 12:45
    XƏBƏR LENTİ

    Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

    Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

    Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

    Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

    Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    Husilər Yəmənin qərb sahillərinə 14-dən çox ballistik raket atıb

    Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki karvanına hücum olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.