Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    Amerikalılar işğalçı deyil - İraqın xarici işlər naziri

    5 Sentyabr 2024 14:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Amerikalılar işğalçı deyil - İraqın xarici işlər naziri
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    ABŞ-ın İraqdakı mövcudluğu işğalçılıq deyildir. Müzakirə ediləsi bir çox qavramlar vardır.

    AzerVoice xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn ABŞ-ın İraqdakı missiyasını bitirməsi ilə bağlı keçirilən görüş zamanı deyib.

    İraqın baş naziri Məhəmməd Şia əl-Sudani İŞİD-ə qarşı mübarizə aparan Beynəlxalq Koalisiyanın rəsmi nümayəndəsi ilə koalisiyanın İraqdakı missiyasının başa çatması məsələsini müzakirə etmək məqsədiylə görüş keçirib. Görüş bazar günü baş tutub. Görüşdə ABŞ-ın Bağdaddakı səfiri Alina Romanovski də iştirak edib.

    İraqda İŞİD-lə mübarizə üçün yaradılmış Beynəlxalq Koalisiyanın komandiri general Kevin Leahynin də iştirakı ilə baş turtan görüşdə Sudani “İŞİD terror təşkilatının qalıqları artıq İraq dövləti üçün bir təhdid sayılmır. Silahlı qüvvələrimiz bu terrorçuların izlərini və yuvalarını tapmaq üçün hərbi əməliyyatları davam etdirir",-deyə qeyd edib.

    Sudaninin ofisindən verilən açıqlamada, görüşdə, "İraq təhlükəsizlik qüvvələri ilə təlim, təcrübə və informasiya sahəsində əməkdaşlığın davam etdirilməsi ilə yanaşı, İraqla birlikdə Beynəlxalq koalisiyaya daxil olan digər ölkələr arasında ikitərəfli əlaqələr çərçivəsində müzakirələr həyata kerililir",-deyə bildirilib

    Qeyd edək ki, ABŞ və İraq qüvvələrinin İraqın qərbindəki Ənbar vilayətində İŞİD-in yüksək rütbəli liderlərinə qarşı son hücumu terror təşkilatını məhv etmək üçün iki tərəf arasında davam edən əməkdaşlığın bariz göstəricisi olub.

    ABŞ 15 İŞİD üzvünün öldürülməsi ilə nəticələnən əməliyyatda yeddi əsgərinin yaralandığını açıqlayıb. Həmçinin, İraqın baş naziri Məhəmməd Şia əl-Sudani də İŞİD-in artıq İraq üçün təhlükə yaratmadığını bildirib.

    Həmçinin, ABŞ-ın İraqdakı səfiri Alina Romanovskinin İraq nazirləri və liderləri ilə görüşlərinə gəlincə, İraqın xarici işlər naziri Fuad Hüseyn ABŞ səfirinin İraq nazirləri ilə görüşünün diplomatik təcrübəyə zidd olmadığını vurğulayıb. Hüseyn ABŞ-İraq münasibətlərini təsvir edərkən daha da irəli gedərək, ABŞ-ın İraqdakı mövcudluğunun işğal olmadığını və "müzakirə ediləsi bir çox qavramların" olduğunu deyib.

    Xatırladaq ki, İraq rəsmilərinin bu cür mövqeyi, Sudani hökumətinin ABŞ ilə qüvvələrini İraqdan çıxarmaq istəyən silahlı qruplar arasında atəşkəs əldə etməyə müvəffəq olduğu bir vaxta təsadüf edir.

    “İŞİD meydana çıxandan sonra amerikalılara İraqa gəlmələri üçün yalvardıq. Ancaq indi bəziləri onlara ideoloji və ya partizan bir prizmadan hücum edir" deyən Hüseyn Amerika qüvvələrinin İraqdan çıxarılması ilə bağlı danışıqların davam etdiyini və İraq hökumətinin rəsmi olaraq ABŞ qüvvələrinin çıxarılmasını tələb etdiyini deyib.

    Onu da əlavə edək ki, Hüseyn bir televiziya kanalına verdiyi müsahibəsində, "Biz İraqı müharibə dəhşətindən uzaq tutmaq üçün çox ciddi çalışırıq. İraq hökuməti gərginliyi dayandırmaq üçün xaric və daxildə olmaqla iki istiqamətdə hərəkət edir. Daxili gərginliyi azaltmağın yolu qruplarla dialoqdan və xaricdə isə sükunəti yaymaqdan keçir",- deyə o qeyd edib.

    Müsahibə zamanı "Fələstin xalqı ilə həmrəyliyin İraq siyasətinin əsasını təşkil etdiyini deyən Hüseyn "Fələstinlə həmrəyliyin açıq sərhədləri var, lakin silahlanmaya gətirib çıxarmayacaq",- deyə əlavə edib.

    Amerikalılar işğalçı deyil - İraqın xarici işlər naziri
    #ABŞ #İraq #Beynəlxalq Koalisiya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    22 Avqust 2026 21:52

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    22 Avqust 2026 21:46

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    22 Avqust 2026 21:07

    Kanada ABŞ-yə qarşı cavab tarifləri tətbiq edəcək

    22 Avqust 2026 19:49

    İran rəsmisi Vaşinqtonla mümkün danışıqlara ehtiyatla yanaşmağa çağırıb

    22 Avqust 2026 18:33

    ABŞ İsrail naminə bölgədəki müttəfiqlərinin təhlükəsizliyini riskə atıb - Qalibaf

    22 Avqust 2026 18:21

    İran eyni vaxtda iqtisadi təzyiq və diplomatik dalanla üzləşib

    22 Avqust 2026 18:14

    Ölkə ərazisinin başqa dövlətlərə hücum üçün istifadəsinə icazə verməyəcəyik - İraq prezidenti

    22 Avqust 2026 18:10

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    22 Avqust 2026 11:49

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    21 Avqust 2026 22:43

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    21 Avqust 2026 22:06

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    21 Avqust 2026 21:34
    XƏBƏR LENTİ

    Ən uzunömürlü qadın Ethel Ketrhamdan həyatla bağlı tövsiyyələr

    Özbəkistan və Azərbaycan ikitərəfli münasibətləri tarixdə ən yüksək səviyyəyə çatdırıblar – Prezident Şavkat Mirziyoyev

    Özbəkistan Vaşinqtonda liderlərin tarixi görüşünü Prezident İlham Əliyevin şəxsi diplomatiyasının parlaq qələbəsi kimi qiymətləndirir – Prezident Şavkat Mirziyoyev

    Özbəkistan Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə olub - Prezident İlham Əliyev

    Azərbaycan və Özbəkistanın birgə investisiyalarının həcmi 500 milyon dollardan xeyli yüksəkdir - Prezident İlham Əliyev

    İman və etiqad arasında fərq nədir?

    Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

    Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub

    Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib

    Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.