Bakı,
AzerVoice
Türkiyə Hələb və Dəməşq hava limanlarının bərpası üçün texniki
qruplar göndərərək, Suriyanın yenidən qurulması istiqamətində bütün
yardım səylərini göstərəcək.
AzerVoice xəbər verir ki, bu barədə
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu
açıqlama verib.
Uraloğlu qeyd edib ki, yaxın həftə ərzində texniki personal Dəməşq
və Hələb hava limanlarına göndəriləcək və gələcəkdə İstanbul ilə
Dəməşq arasında birbaşa uçuşlar təşkil ediləcək. Bununla da, Suriya
İstanbul üzərindən dünyanın digər nöqtələrinə birləşdiriləcək.