Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəsmi Xronika
    Rəsmi Xronika

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər

    9 May 2026 17:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər.

    VOA xəbər verir ki, Prezident İlham Əliyev əvvəlcə kənddə inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını edib.

    Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Şükürbəyli kəndində görülmüş işlər barədə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya məlumat verdilər.

    Bildirildi ki, Şükürbəyli Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi dairəsində, rayon mərkəzindən 18 kilometr cənub-şərqdə, düzənlik ərazidə yerləşir.

    Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğaldan əvvəl kənddə məktəb, klub, kitabxana və xəstəxana fəaliyyət göstərib, əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olub. Kənd 2020-ci ildə Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Prezident İlham Əliyev 2023-cü ildə kəndin təməlini qoyub.

    Sonra elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılmış şərait barədə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya məlumat verdi.

    Diqqətə çatdırıldı ki, işğaldan azad edilmiş digər ərazilərimizdə istifadəyə verilən yeni məktəblərdə olduğu kimi, bu təhsil müəssisəsində də müəllim və şagirdlər üçün hərtərəfli şərait yaradılıb. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb.

    Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur.

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər
    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər
    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər
    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər
    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

    30 İyul 2026 18:18

    Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

    30 İyul 2026 16:36

    Bəzi qadağan olunmuş məlumatları yerləşdirən saytlara giriş məhdudlaşdırılacaq

    30 İyul 2026 13:27

    Prezident İlham Əliyev Mərakeş Kralına məktub ünvanlayıb

    30 İyul 2026 11:08

    Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

    29 İyul 2026 16:23

    Elxan Qəhrəman Azərbaycanın Tacikistandakı səfiri təyin edilib

    28 İyul 2026 15:00

    Azərbaycan ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə təsdiqlənib

    28 İyul 2026 13:57

    Prezident İlham Əliyev "Aviasiya haqqında" qanuna edilən dəyişiklikləri təsdiqləyib

    28 İyul 2026 13:42

    Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

    28 İyul 2026 13:16

    Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb

    27 İyul 2026 13:59

    İstanbul şəhərinə yeni baş konsul təyin edilib

    27 İyul 2026 13:58

    Azərbaycanın İstanbuldakı baş konsulu geri çağırılıb

    27 İyul 2026 13:53
    XƏBƏR LENTİ

    Hörmüz boğazı ilə bağlı İran–Oman danışıqları neftin qiymətini aşağı salıb

    Çin İrana silah göndərilməsi ilə bağlı iddiaları rədd edib

    ABŞ Senatı İranla bağlı yeni qətnaməni müzakirə edəcək

    İran cənub-qərbdə pilotsuz uçuş aparatının məhv edildiyini bildirib

    Körfəz Əməkdaşlıq Şurası İranın Küveyt və İordaniyaya hücumlarını kəskin pisləyib

    İsrail ordusunda daxili narazılıq döyüş hazırlığına təsir göstərib

    İordaniya Küveytə edilən ölümcül hücumu suverenliyə açıq təcavüz adlandırdı

    Azərbaycan Hava Yolları Qarsa ilk reysini həyata keçirib

    Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

    Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.