Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəsmi Xronika
    Rəsmi Xronika

    Azərbaycanda Enerji Effektivliyi İnformasiya Sistemi yaradılıb

    15 Yanvar 2026 15:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycanda Enerji Effektivliyi İnformasiya Sistemi yaradılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Azərbaycanda Enerji Effektivliyi İnformasiya Sistemi yaradılıb.

    AzerVoice xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna edilən dəyişiklikdə öz əksini tapıb.

    Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət, informasiya təminatı və maarifləndirmə, effektivlik potensialının qiymətləndirilməsi, binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasinin təşkili, habelə məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısının, enerji effektivliyi üzrə xidmətlərin icraçılarının siyahısının və enerji effektivliyi üzrə xidmətlərin mövcud vəziyyətinə və inkişafına dair hesabatın yerləşdirilməsi təmin etməlidir.

    "İnformasiya əldə etmək haqqında" Qanunla müəyyən edilmiş əldə olunması məhdudlaşdırılan informasiya istisna olmaqla yuxarıda nəzərdə tutulan informasiya sisteminə daxil edilən məlumatlar ictimaiyyət üçün açıqdır və "İnformasiya əldə etmək haqqında", "İnformasiya, informasiyalaşdırma ve informasiyanın mühafizəsi haqqında", "Dövlət sirri haqqında", "Fərdi məlumatlar haqqında" və "Elektron imza və elektron sənəd haqqında" qanunların tələbləri nəzərə alınmaqla mühafizə və istifadə olunmalıdır.

    Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) enerji effektivliyinin yüksəldilməsi üçün enerji effektivliyi informasiya sisteminin əsasnaməsini müəyyən etməlidir.

    Bununla yanaşı, təşkilati-hüquqi və mülkiyyət olmayaraq formasından asılı məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısı enerji effektivliyi informasiya sisteminə daxil edilən enerji istehlakçısına və illik enerji istehlakına dair məlumatlar (enerji istehlakçısı hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda soyadı, adı, atasının adı, istehlakçı kodu, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı, fəaliyyət sahəsi, illik enerji istehlakının miqdarı) və ya tikinti sahəsinə və onun mülkiyyətçisinə dair məlumatlar (qeyri-yaşayış binasının təyinatı, mərtəbələrin sayı, tikinti sahəsinin və ümumi sahəsinin ölçüləri, mülkiyyətçisi hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda soyadı, adı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi meyarlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq etməlidir.

    Bildirilib ki, Enerji Effektivliyi İnformasiya Sisteminin beynəlxalq təcrübəyə uyğun olaraq enerji səmərəliliyinin təmin edilməsi sahəsində məqsəd və hədəflərə nail olunması məqsədilə müəyyən olunmuş vəzifələrin icrasına nəzarət, eləcə də həyata keçirilən tədbirlər və əldə edilmiş nəticələrin hesabatlılığı, monitorinqi və qiymətləndirilməsi məqsədilə yaradılması nəzərdə tutulur.

    Müvafiq elektron platformanın yaradılması enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlətin qarşısında duran vəzifələrin daha səmərəli həyata keçirilməsi, vətəndaşların müvafiq sahədə aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq imkanının yaradılması, eyni zamanda zəruri məlumatların təqdim edilməsi və əldə edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

    Sistemin yaradılması bu sahədə informasiyanın şəffaflığının artırılmasına, dövlət xidmətlərinin səmərəliliyinin yüksəlməsinə və enerji səmərəliliyi sahəsində qanunvericiliyin effektiv icrasına və ona nəzarət olunmasına xidmət etməlidir.

    İnformasiya sistemi enerji səmərəliliyi sahəsində dövlət siyasətinin icrasına nəzarəti həyata keçirməyə, müvafiq sahədə elektron xidmətləri göstərməyə və icra göstəricilərini operativ almağa kömək edəcək. Belə ki, sistem üzərindən enerji auditorunun ixtisas attestatının alınması məqsədilə müraciətlər qəbul ediləcək, sistemdə enerji auditorları və enerji auditi təşkilatlarının reyestri əks olunacaq, enerji istehsalı, təchizatı və istehlakına nəzarət subyektləri hesabatlarını yerləşdirməlidirlər.

    İnformasiya sisteminin ictimaiyyətə açıq hissəsində əhali üçün enerji səmərəliliyinə dair maarifləndirici məlumatların, enerjiyə qənaət kalkulyatorunun, enerji istehlakına dair statistikanın və sair yerləşdirilməsi nəzərdə tutulur.

    Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

    #Azərbaycan #Prezident İlham Əliyev #Yeni qanun #Enerji Effektivliyi İnformasiya Sistemi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

    28 İyul 2026 18:44

    Ceyhun Bayramov Almaniyanın yeni səfirini qəbul edib

    28 İyul 2026 17:58

    Elxan Qəhrəman Azərbaycanın Tacikistandakı səfiri təyin edilib

    28 İyul 2026 15:00

    Azərbaycan ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə təsdiqlənib

    28 İyul 2026 13:57

    Prezident İlham Əliyev "Aviasiya haqqında" qanuna edilən dəyişiklikləri təsdiqləyib

    28 İyul 2026 13:42

    Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

    28 İyul 2026 13:16

    Rusiya-Ermənistan münasibətlərinin Azərbaycanla əlaqəlindirilməsinə son qoyulmalıdır - XİN

    28 İyul 2026 11:39

    Ombudsman nümayəndələri Suriyadan repatriasiya olunan Azərbaycan vətəndaşları ilə görüşüblər

    28 İyul 2026 10:09

    Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb

    27 İyul 2026 22:53

    Azərbaycan və Pakistan mədəni əməkdaşlığın genişləndirilməsini müzakirə edib

    27 İyul 2026 21:55

    Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb

    27 İyul 2026 18:29

    Azərbaycan ÜST-nin regional tədbirində "Ən yaxşı poster" mükafatına layiq görülüb

    27 İyul 2026 18:16
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 29 İyul

    ABŞ ilə danışıqlar planımız yoxdur, Oman vasitəçiliyi ilə təmaslar davam edir - Kazım Qəribabadi

    Çin Qırmızı dənizdə gəmilərinin təhlükəsiz keçidi üçün husilərlə birbaşa danışıqlar aparır

    ABŞ qüvvələri İran blokadası çərçivəsində 18 ticarət gəmisinin istiqamətini dəyişib - CENTCOM

    ABŞ hücumları mühüm infrastruktur obyektlərini sıradan çıxarıb - İran

    Avropadakı meşə yanğınları sığortaya tələbatı artıra bilər

    Vens, Rubio və Heqset Tramp-Netanyahu görüşündə iştirak ediblər

    Tramp ilə "Patriot" raketlərinin Ukraynada istehsalını müzakirə etdik - Zelenski

    Trampın Netanyahu və Zelenski ilə görüşləri "müsbət və məhsuldar" keçib - Ağ Ev

    Hörmüz boğazı üzərində suverenliyimizi qorumaq üçün istənilən addımı ata bilərik - Kazım Qəribabadi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.