Yaxın Şərq

Bu tarix Ərəbistan yarımadasında dövlətlərin yaranması prosesində fundamental dönüş nöqtəsidir. Uzun müddət pərakəndəliyin hökm sürdüyü bir mühitdə siyasi mərkəzləşmənin ilk əlamətləri məhz bu dövrdə təzahür etdi. Müasir dövrdə bu bayram Krallığın müxtəlif şəhərlərində mədəniyyət tədbirləri, hərbi paradlar və musiqi proqramları ilə qeyd olunur. Sosioloji baxımdan bu fəaliyyətlər kollektiv yaddaşın yenidən qurulması və müasir dövlətin "yumşaq gücünün" gücləndirilməsi aləti kimi xarakterizə edilə bilər.

İordaniya Haşimi Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya Respublikası, Pakistan İslam Respublikası, Bəhreyn Krallığı, Türkiyə Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Suriya Ərəb Respublikası, Oman Sultanlığı, Fələstin Dövləti, Qətər Dövləti, Küveyt Dövləti, Livan Respublikası və Misir Ərəb Respublikasının Xarici İşlər Nazirlikləri, habelə İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) katiblikləri ABŞ-ın İsraildəki səfirinin bəyanatlarını kəskin şəkildə pisləyən müştərək bəyanat yayıblar.

İsrail Prezidenti İshaq Hersoq amerikalı maliyyəçi Ceffri Epşteynlə hər hansı formada əlaqəsinin olması barədə yayılan iddiaları rəsmi şəkildə rədd edib. Bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi "X" sosial şəbəkəsində məlumat paylaşıb. Səfir jurnalist Taker Karlsonun xahişi ilə bu mövzunu İsrail Prezidentinin Ofisi qarşısında qaldırdığını və oradan qəti təkzib cavabı aldığını bildirib.

Qətər və Bəhreyn rəhbərliyi şənbə günü Səudiyyə Ərəbistanı rəhbərliyini ölkənin milli bayramı – Təsis Günü münasibətilə təbrik edib. Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Əmirin müavini Şeyx Abdulla bin Həməd Al Tani və Baş nazir, eyni zamanda xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani, Kral Salman bin Əbdüləziz Al Səuda təbrik məktubları ünvanlayıblar.

Livan Prezidenti Cozef Aun İsrailin ölkəsinin müxtəlif bölgələrinə təşkil etdiyi hücumların diplomatik səyləri və sabitliyi hədəf aldığını bildirib. Livanın rəsmi NNA agentliyində Prezident Aunın İsrail hücumları ilə bağlı bəyanatı dərc olunub. Aun qeyd edib ki, İsrailin Livanın müxtəlif şəhərlərinə yönələn hücumları ölkəsinin qardaş və dost ölkələrlə, xüsusilə də Amerika Birləşmiş Ştatları ilə apardığı diplomatik təşəbbüsləri və sabitliyi bərpa etmək cəhdlərini boşa çıxarmağa yönəlmiş açıq düşmənçilik aktıdır.

İsrail ordusunun 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 72 min 70-ə çatıb. İsrail ordusu, atəşkəsə baxmayaraq Qəzza zolağına hücumlarını davam etdirir. Qəzzadakı Səhiyyə Nazirliyindən edilən yazılı açıqlamada, İsrailin 2023-cü ilin oktyabrından bəri davam edən hücumlarında yaşanan can itkiləri ilə bağlı son məlumatlar paylaşılıb. Qeyd olunub ki, son 48 saat ərzində Qəzzadakı xəstəxanalara bir nəfərin cənazəsi və 10 yaralı gətirilib.

ABŞ administrasiyası 14 ildən sonra Suriyada diplomatik fəaliyyətini bərpa etməyə hazırlaşır. Fevralın 10-da göndərilən rəsmi bildirişdə planlaşdırma xərclərinin 15 gün ərzində başlanacağı göstərilsə də, səfirliyin nə vaxt tam fəaliyyətə başlayacağı və ABŞ diplomatlarının Dəməşqə daimi qayıdışının konkret vaxtı açıqlanmayıb.

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi amerikalı teleaparıcı Taker Karlson ilə müsahibəsi zamanı verdiyi bəyanatlarla böyük bir qalmaqala səbəb olub. VOA xəbər verir ki, səfir ABŞ-dakı xristian millətçi cərəyanlar arasında geniş yayılmış dini təfsirlərə söykənərək, İsrailin bütün Yaxın Şərq torpaqlarını ələ keçirməsinin "məqbul" olacağını bildirib.

Qəzzanın gələcəyi ilə bağlı müzakirələr İsrailin “təcavüzünün” tam dayandırılması ilə başlamalıdır. Bu barədə Fələstin hərəkatı HƏMAS ABŞ Prezidenti Donald Trampın Sülh Şurasının ilk iclasından sonra bəyan edib. “Qəzza zolağı və Fələstin xalqımızın gələcəyi ilə bağlı müzakirə olunan hər hansı siyasi proses və ya razılaşma İsrailin təcavüzünün tam dayandırılması, blokadanın aradan qaldırılması və xalqımızın qanuni milli hüquqlarının – ilk növbədə azadlıq və öz müqəddəratını təyin etmə hüququnun təmin olunması ilə başlamalıdır.”- HƏMAS cümə axşamı yaydığı açıqlamada qeyd edib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan bin Abdullah və rusiyalı həmkarı Sergey Lavrov cümə axşamı ölkələri arasında diplomatik münasibətlərin 100 illiyi münasibətilə bir-birini təbrik ediblər. Xarici işlər nazirinin müavini Vəlid Əlxereyci Ər-Riyadda Rusiyanın Krallıqdakı səfiri Sergey Kozlovla görüş zamanı xarici işlər nazirinin adından Lavrovun məktubunu alıb.

İşğal altındakı İordan çayının qərb sahilində (Məxmas kəndi yaxınlığı) israilli məskunların kəndə hücumu zamanı 19 yaşlı fələstinli-amerikalı Nəsrallah Əbu Siyamın həlak olduğu bildirilib. Fələstin Səhiyyə Nazirliyi və hadisənin şahidlərinin məlumatına əsasən, insident fevralın 19-da yayılan ilkin məlumatlarda kəndə daxil olan məskunların hücumu fonunda baş verib; İsrail ordusu isə toqquşmalarla bağlı “iğtişaşların qarşısınıalma vasitələri”ndən istifadə etdiyini bildirib və əsgərlərin atəş açdığını inkar edib.

Səudiyyə Ərəbistanının Bələdiyyə və Mənzil Təsərrüfatı Nazirliyi mübarək Ramazan ayı öncəsi Mədinə şəhərində genişmiqyaslı monitorinqlərə başlayıb. Hazırlıq tədbirləri çərçivəsində sağlamlıq və qida təhlükəsizliyi ilə bağlı 13 mindən çox, kommersiya fəaliyyəti üzrə isə təxminən 4 min yoxlama turu həyata keçirilib.