Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    İsrail Prezidenti Ceffri Epşteynlə əlaqəsi barədə iddiaları təkzib edib

    21 Fevral 2026 22:11
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail Prezidenti Ceffri Epşteynlə əlaqəsi barədə iddiaları təkzib edib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, VOA, Orxan Qədirzadə

    İsrail Prezidenti İshaq Hersoq amerikalı maliyyəçi Ceffri Epşteynlə hər hansı formada əlaqəsinin olması barədə yayılan iddiaları rəsmi şəkildə rədd edib.

    VOA xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi "X" sosial şəbəkəsində məlumat paylaşıb. Səfir jurnalist Taker Karlsonun xahişi ilə bu mövzunu İsrail Prezidentinin Ofisi qarşısında qaldırdığını və oradan qəti təkzib cavabı aldığını bildirib.

    Hersoqun administrasiyasından verilən açıqlamada vurğulanır ki, dövlət başçısı ilə Epşteyn arasında heç vaxt nə birbaşa, nə də dolayısı ilə hər hansı təmas olmayıb. Bəyanatda həmçinin qeyd edilir ki, İshaq Hersoq Epşteyni şəxsən tanımayıb, onunla dostluq münasibətləri saxlamayıb, heç vaxt Epşteynə məxsus adada olmayıb və oraya heç bir dəvət almayıb.

    Qeyd edək ki, bu məsələ Taker Karlsonun Mayk Hakabi ilə müsahibəsi zamanı gündəmə gəlib. Karlson İsrailin hazırkı prezidentinin Epşteynin adasında olduğunu iddia etmiş və bəzi İsrail rəsmilərinin bu qalmaqallı şəxslə əlaqəli olduğunu irəli sürmüşdü. Xatırladaq ki, Ceffri Epşteynlə bağlı istintaq materiallarında onun İsrail kəşfiyyatı "Mossad" ilə mümkün əlaqələri barədə də bəzi iddialar yer alıb. Bu məlumatların ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) 2020-ci il hesabatına və gizli informatorun ifadələrinə əsaslandığı bildirilir.

    #İsrail Prezidentindən Epşteyn açıqlaması: Onu tanımıram #İshaq Hersoq və Epşteyn adası iddiası: Rəsmi təkzib gəldi #Taker Karlsonun ittihamına cavab: Hersoq Epşteynlə əlaqəsini dandı #Səfir Hakabi soruşdu #Prezident Ofisi cavab verdi: Əlaqə yoxdur #Epşteyn qalmaqalında İsrail izi? Prezident Hersoqdan sərt reaksiya #Mossad və Epşteyn iddiaları fonunda İsrail liderindən bəyanat #İsrail Cumhurbaşkanı Herzog'dan Epstein iddialarına yalanlama #Mike Huckabee sordu #Herzog yanıtladı: Epstein'ı tanımıyorum #Tucker Carlson'ın Epstein iddiası İsrail'de yankı uyandırdı #Herzog'un ofisinden açıklama: Epstein adasına hiç gitmedi #İsrail lideri Herzog ile Epstein arasında bağlantı var mı? #Epstein dosyasında İsrail izi: Cumhurbaşkanlığından net yalanlama
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Böyük Britaniyanın İsraildən silah idxalı 10 min faiz artıb

    18 İyun 2026 19:30

    İsrailin Livanın cənubuna hücumlarında azı 3 nəfər həlak olub

    18 İyun 2026 18:52

    Livan Prezidenti: Ölkəyə yardım yox, investisiya lazımdır

    18 İyun 2026 18:39

    UKMTO: Yəmən yaxınlığında dəniz insidenti baş verib

    17 İyun 2026 22:14

    HƏMAS İsrailin Qərbi Şəriahdakı yeni məskunlaşma planlarını pisləyib

    17 İyun 2026 20:59

    Qəzza: “oktyabr atəşkəsindən” sonra ölənlərin sayı 1000-i keçib

    17 İyun 2026 20:52

    İsrail: Livanın cənubunda dron hücumu 5 əsgəri yaralayıb

    17 İyun 2026 20:15

    Livan prezidenti: Beyrut atəşkəs danışıqlarını aparır və İranın dəstəyinə açıqdır

    17 İyun 2026 19:31

    İsrail ordusu HƏMAS və İslami Cihad komandirlərini öldürdüyünü iddia edib

    17 İyun 2026 18:55

    HƏMAS Qərb Sahilində məscidin yandırılmasını pisləyib

    17 İyun 2026 18:52

    Qətər əmiri ABŞ–İran memorandumunu alqışlayıb

    16 İyun 2026 21:01

    İsrail Hebrondakı dini məkan üzərində nəzarəti gücləndirir

    16 İyun 2026 20:26
    XƏBƏR LENTİ

    Böyük Britaniyanın İsraildən silah idxalı 10 min faiz artıb

    İran razılaşması Respublikaçılar Partiyasında parçalanma yaradıb

    Ceyhun Bayramov Marius-Qabriel Lazurka ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

    Vladimir Putin: Yaxın Şərq sabitliyi enerji bazarını gücləndirir

    Pezeşkian: ABŞ–İran razılaşması “milli dayanıqlılığı” əks etdirir

    İsrailin Livanın cənubuna hücumlarında azı 3 nəfər həlak olub

    Qətər və Misir XİN rəhbərləri ABŞ–İran razılaşmasını müzakirə edib

    İran və Küveyt XİN rəhbərləri ABŞ–İran memorandumunu müzakirə edib

    Aİ rəsmisi İsrail XİN başçısının “əlaqələri kəsmək” qərarına cavab verib

    Livan Prezidenti: Ölkəyə yardım yox, investisiya lazımdır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.