Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Microsoft İsrail təhlükəsizlik qurumlarından niyə narahatdır?

    11 May 2026 16:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Microsoft İsrail təhlükəsizlik qurumlarından niyə narahatdır?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    “Microsoft” şirkəti İsrail bölməsinin baş direktoru Alon Haymoviçin vəzifədən uzaqlaşdırıldığını açıqlayıb.

    VOA xəbər verir ki, qərar şirkətin qlobal rəhbərliyi tərəfindən aparılan daxili araşdırmadan sonra qəbul olunub. Araşdırma İsrail filialının təhlükəsizlik qurumları ilə əməkdaşlığının xarakteri və texnoloji sistemlərin istifadəsi ilə bağlı şəffaflıq məsələlərini əhatə edib.

    İsrailin “Globes” nəşrinin məlumatına görə, “Microsoft”un ABŞ-dən göndərilən audit qrupu bir neçə həftə əvvəl İsrailə gələrək şirkətin xüsusilə təhlükəsizlik strukturları ilə işləyən satış bölməsinin fəaliyyətini yoxlayıb. Araşdırma çərçivəsində dörd ildir İsrail filialına rəhbərlik edən Alon Haymoviç də ifadə verməyə çağırılıb.

    Şirkət rəhbərliyinin qiymətləndirməsinə əsasən, bəzi təhlükəsizlik bölmələrinin “Microsoft” sistemlərindən istifadə üsulu tam şəffaf olmayıb və bu vəziyyət Avropadakı hüquqi və tənzimləyici riskləri artırıb. Bu səbəbdən İsrail filialının idarə olunması müvəqqəti olaraq Fransa bölməsinə həvalə edilib.

    Məlumata görə, İsrail filialının dövlət strukturları ilə işləyən şöbəsində bir sıra yüksəkvəzifəli rəhbərlər də işdən ayrılıb. Hazırda bölmənin birbaşa idarəetmə strukturu zəifləyib.

    Məsələ xüsusilə İsrail Müdafiə Nazirliyi ilə texnoloji müqavilələr kontekstində diqqət çəkir. Bildirilir ki, “Microsoft” İsrailin dövlət bulud sistemi layihəsi olan “Nimbus” proqramının rəsmi tərəfdaşları sırasında yer almasa da, bəzi təhlükəsizlik qurumları şirkətin xidmətlərindən Avropadakı serverlər vasitəsilə istifadə edib.

    Şirkət daha əvvəl də oxşar addımlar atmışdı. 2025-ci ilin sentyabrında “Microsoft” İsrail hərbi kəşfiyyatının 8200-cü bölməsi ilə əməkdaşlığı birtərəfli qaydada dayandırmışdı. Buna səbəb “The Guardian” qəzetində yayımlanan və bölmənin fələstinlilər barədə məlumat toplamaq üçün texnoloji vasitələrdən istifadə etdiyini iddia edən araşdırma olmuşdu.

    Son aylarda şirkət daxilində və xaricində İsrail təhlükəsizlik strukturları ilə əməkdaşlığa qarşı etirazlar da güclənib. “Microsoft”un Sietldə keçirilən illik proqramçılar konfransında əməkdaşlar və hüquq müdafiəçiləri İsrail təhlükəsizlik qurumları ilə müqavilələrin dayandırılması tələbi ilə aksiyalar keçiriblər.

    Ekspertlər hesab edir ki, bu hadisə böyük texnologiya şirkətlərinin geosiyasi və hüquqi risklər qarşısında daha ehtiyatlı davranmağa başladığını göstərir. Xüsusilə Avropada insan hüquqları və məlumat təhlükəsizliyi ilə bağlı təzyiqlərin artması qlobal texnologiya nəhənglərini yeni qərarlar qəbul etməyə məcbur edir.

    #İsrail Müdafiə Nazirliyi #Microsoft İsrail #Alon Haymoviç #Microsoft araşdırması #İsrail təhlükəsizlik qurumları #Microsoft Fransa bölməsi #İsrail texnologiya sektoru #Nimbus layihəsi #Microsoft hüquqi risklər #Avropa məlumat təhlükəsizliyi #Microsoft qalmaqalı #İsrail hərbi kəşfiyyatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Küveyt hava məkanında “düşmən hava hədəfləri” ilə mübarizə aparıldığını açıqlayıb

    14 İyul 2026 21:26

    İsrail-Livan danışıqlarının Romadakı ilk günü başa çatıb

    14 İyul 2026 21:18

    İsraildən beyin köçü artır - Hansı sahələrdə kadr çatışmazlığı yaşanacaq?

    1 İyun 2026 18:36

    Netanyahu təhlükəsizlik müşavirəsi keçirdi: Livanda yeni əməliyyatlar başlayır?

    26 May 2026 19:28

    İsrail və ABŞ Yəməndə Husi liderinə sui-qəsd həyata keçirib

    16 Oktyabr 2025 20:36

    İsrail helikopterlərini yeni nəsil raket müdafiə sistemi ilə təchiz edəcək

    10 Sentyabr 2025 12:00

    ABŞ və Almaniya İsrailə hərbi yardım göndərib

    19 İyun 2025 22:37

    İsraildən Azərbaycan ərazisinə hörmətsizlik

    14 İyun 2025 11:51

    İsrail MN orduya Tunberqin olduğu gəminin Qəzzaya buraxılmasına icazə verməməyi əmr edib

    8 İyun 2025 18:08

    ABŞ 2023-cü ilin oktyabrından bəri İsrailə 90 min ton hərbi təchizat göndərib

    27 May 2025 19:19

    Qəzzaya heç bir humanitar yardım buraxılmayacaq - İsrail MN

    16 Aprel 2025 16:15

    İsrail ordusu Qəzzada əməliyyatlarını genişləndirəcək - MN

    2 Aprel 2025 21:58
    XƏBƏR LENTİ

    Yeni hücumlar fonunda neft bahalaşıb, dollar zəifləyib

    Küveyt hava məkanında “düşmən hava hədəfləri” ilə mübarizə aparıldığını açıqlayıb

    ABŞ-ın İrana hücumları müvəqqəti razılaşma qapısını bağlayır - Lavrov

    İsrail-Livan danışıqlarının Romadakı ilk günü başa çatıb

    Tramp Hörmüz boğazı ilə bağlı 20 faizlik rüsum qərarından geri çəkilib

    Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub

    Hörmüz boğazında gəmi hərəkəti rekord həddə azalıb

    Bəhreyndə İran üçün casusluqda ittiham olunan üç nəfərə ömürlük həbs cəzası verilib

    İran Hörmüz boğazından düşmənlərinin istifadə etməsinə imkan verməyəcək

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.