#İsrail Müdafiə Nazirliyi

İsrailin siyasi və hərbi rəhbərliyi regionda artan təhlükəsizlik gərginliyi fonunda yeni müşavirə keçirib. Baş nazir Benyamin Netanyahu müdafiə və hərbi rəhbərliklə təhlükəsizlik məsələlərini müzakirə edib. Görüşün Livanda mümkün genişmiqyaslı hərbi əməliyyatlarla bağlı ehtimalların gücləndiyi bir dövrə təsadüf etməsi diqqət çəkir. Son günlər İsrailin Livanın cənubu və Bəqaa vadisində hava və hərbi əməliyyatlarının intensivləşməsi regionda vəziyyətin daha da mürəkkəbləşə biləcəyi ilə bağlı narahatlıqları artırıb. Analitiklər hesab edirlər ki, sərhəd boyunca davam edən qarşılıqlı hərbi fəaliyyətlər yeni təhlükəsizlik ssenarilərini gündəmə gətirə bilər.

“Microsoft” şirkəti İsrail bölməsinin baş direktoru Alon Haymoviçin vəzifədən uzaqlaşdırıldığını açıqlayıb. Qərar şirkətin qlobal rəhbərliyi tərəfindən aparılan daxili araşdırmadan sonra qəbul olunub. Araşdırma İsrail filialının təhlükəsizlik qurumları ilə əməkdaşlığının xarakteri və texnoloji sistemlərin istifadəsi ilə bağlı şəffaflıq məsələlərini əhatə edib.

Yəməndə İranın dəstəklədiyi Husi hərəkatının Baş Qərargah rəisi Məhəmməd Əbdülkərim əl-Qamari İsrail və ABŞ-nin təşkil etdiyi hava hücumu nəticəsində öldürülüb. Husilərin rəsmi mənbələri Qanari ilə yanaşı onun oğlu və bir neçə yüksək rütbəli zabitin də hücumda öldüyünü təsdiqləyiblər. İsrail Müdafiə naziri Yisrael Katz isə məsələ ilə bağlı verdiyi açıqlamada Qamariyə qarşı əməliyyatın avqust ayında İsrail ordusu tərəfindən həyata keçirildiyini bildirib.