Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Səudiyyə Ərəbistanı və İtaliya regional gərginliyi müzakirə etdi

    4 Aprel 2026 09:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Səudiyyə Ərəbistanı və İtaliya regional gərginliyi müzakirə etdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman İtaliyanın Baş naziri Giorgia Meloni ilə Ciddə şəhərində görüş keçirib.

    VOA xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli münasibətləri müzakirə edib, əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını dəyərləndiriblər.

    Bununla yanaşı, regional vəziyyət, xüsusilə davam edən hərbi gərginliyin qlobal ticarətə, enerji təhlükəsizliyinə və dünya iqtisadiyyatına təsiri müzakirə olunub. Tərəflər Yaxın Şərqdə sabitliyin qorunması üçün koordinasiyanın vacibliyini vurğulayıblar.

    Məlumata görə, Meloninin səfəri ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra Avropa İttifaqı liderləri arasında regiona edilən ilk səfərdir.

    İtaliya Baş naziri dövlət televiziyasına müsahibəsində ölkəsinin Körfəz dövlətləri ilə həmrəylik nümayiş etdirdiyini bildirərək onları “strateji tərəfdaşlar” adlandırıb. O, səfərin həm də enerji məsələlərinə yönəldiyini qeyd edib.

    Meloni bildirib ki, Körfəz ölkələri İtaliyanın enerji tələbatının təxminən 15 faizini təmin edir və sabit enerji təchizatının qorunması böyük əhəmiyyət daşıyır.

    #Səudiyyə Ərəbistanı #İtaliya #Məhəmməd bin Salman #Giorgia Meloni #İkitərəfli əlaqələr #Enerji təhlükəsizliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    2 Sentyabr 2026 19:18

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    2 Sentyabr 2026 19:11

    Səudiyyə Ərəbistanı "Sidr" tankerinin vurulmasına görə İranı qınadı

    2 Sentyabr 2026 16:21

    Azərbaycan və Səudiyyə Ərəbistanı aviasiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

    2 Sentyabr 2026 15:42

    “Sidr” tankerində baş verən insident nəticəsində 2 filippinli dənizçi ölüb

    2 Sentyabr 2026 14:27

    Səudiyyə və Oman liderləri regiondakı vəziyyəti müzakirə edib

    2 Sentyabr 2026 12:40

    ABŞ mühasirəni gücləndirsə, İran hərbi cavab verəcək - Qalibaf

    1 Sentyabr 2026 20:28

    840 milyon riyallıq tarixi müqavilə tamamlandı - "Əl-Hilal"ın 70 faizi satıldı

    1 Sentyabr 2026 19:35

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    1 Sentyabr 2026 19:12

    İran ŞƏT-ə iqtisadi perspektivin reallaşması üçün üç təklif irəli sürüb

    1 Sentyabr 2026 10:18

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26
    XƏBƏR LENTİ

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.