Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Ciddə Zirvəsi: Məhəmməd bin Salman və Zelenski İran təhdidlərini müzakirə edib

    27 Mart 2026 12:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ciddə Zirvəsi: Məhəmməd bin Salman və Zelenski İran təhdidlərini müzakirə edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Səudiyyə Ərəbistanının vəliəhdi, Baş nazir Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Ukrayna Prezidenti Volodimir Zelenski ilə regional və beynəlxalq prosesləri müzakirə edib. Görüşün əsas mövzusunu Yaxın Şərqdəki hərbi eskalasiya və Ukrayna böhranındakı son vəziyyət təşkil edib.

    VOA xəbər verir ki, Səudiyyə Ərəbistanı Rəsmi Xəbər Agentliyinin (SPA) cümə günü səhər saatlarında yaydığı məlumata görə, Ciddədə baş tutan görüşdə Şahzadə Məhəmməd bin Salman və Prezident Zelenski iki ölkə arasındakı ikitərəfli münasibətləri nəzərdən keçiriblər.

    Görüşün yüksək səviyyəli iştirakçıları

    Görüşdə Səudiyyə Ərəbistanı tərəfindən dövlət naziri, Nazirlər Şurasının üzvü və milli təhlükəsizlik müşaviri Dr. Musaid əl-Aiban, ətraf mühit, su və kənd təsərrüfatı naziri mühəndis Əbdürrəhman əl-Fadli, Baş Kəşfiyyat İdarəsinin rəisi Xalid əl-Humaydan və Səudiyyə Ərəbistanının Ukraynadakı səfiri Məhəmməd əl-Bərəkə iştirak ediblər.

    Ukrayna tərəfindən isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Prezident Ofisi rəhbərinin birinci müavini Serhiy Kislitsa, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Andrey Hnatov, Ukraynanın Səudiyyə Ərəbistanındakı səfiri Anatoli Petrenko və Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini David Aloyan iştirak ediblər.

    Ukrayna Prezidenti "X" (keçmiş Twitter) hesabında paylaşdığı mesajda: "Səudiyyə Ərəbistanına gəldim. Mühüm görüşlər planlaşdırılıb. Dəstəyi yüksək qiymətləndiririk və təhlükəsizliyi təmin etmək üçün bizimlə işləməyə hazır olanları dəstəkləyirik".-deyə bildirib.

    Ukraynadan Səudiyyəyə tam dəstək

    Qeyd edək ki, Prezident Zelenski bu ay Şahzadə Məhəmməd bin Salmanla telefon danışığı zamanı Ukraynanın Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən "açıq İran təcavüzlərini" qınadığını ifadə etmişdi. O, Kiyevin öz ərazilərini qorumaq üçün gördüyü bütün tədbirlərdə Ər-Riyad ilə həmrəy olduğunu və onun yanında dayandığını bir daha vurğulayıb.

    #Səudiyyə Ərəbistanı #Məhəmməd bin Salman #Səudiyyə Ərəbistanı və Misirin Fələstin siyasəti #Səudiyyə Ərəbistanı və İtaliya əməkdaşlığı #Səudiyyə Ərəbistanı qış idmanları #Məhəmməd bin Salman və Zelenski #Xalid əl-Humaydan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    30 Avqust 2026 18:05

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    28 Avqust 2026 20:03

    Ər-Riyadda 5.1 milyard riyallıq dövriyyə - Şəhərlər üzrə POS əməliyyatlarının statistikası

    28 Avqust 2026 16:06

    Manga Arabia və Zeez Animation əməkdaşlığa başlayır

    28 Avqust 2026 15:38

    Səudiyyədə zavodlar üçün alternativ maliyyə kanalları - fintex tərəfdaşlarının sayı artırıldı

    28 Avqust 2026 10:31

    Səudiyyə Ərəbistanının xurma ixracı 533 milyon dollara yaxınlaşıb

    28 Avqust 2026 07:51

    Küveyt və Pakistan birgə müdafiə əməkdaşlığı sazişi imzalayıb

    27 Avqust 2026 18:32

    Səudiyyə Ərəbistanı müsəlman ölkələri Fələstinə dəstək olmağa çağırıb

    27 Avqust 2026 17:15

    Çindən birbaşa Səudiyyəyə yeni xətt - "ONE" nəhəng gəmiçilik xidmətini işə saldı

    27 Avqust 2026 07:33

    Hakimiyyət mübarizələri və hərbi toqquşmalar - 27 avqustda ərəb dövlətlərində nə baş verdi?

    27 Avqust 2026 03:00

    Səudiyyə Ərəbistanı SDQ-nin Suriya ordusuna inteqrasiyasını dəstəklədi

    26 Avqust 2026 16:59
    XƏBƏR LENTİ

    Suriyada keçmiş zabit öldürüldü

    Ərdoğan Bişkekə gedir

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.