Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Bu gün İsrailin Livana hücumları nəticəsində 12 nəfər həlak olub

    5 Mart 2026 15:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bu gün İsrailin Livana hücumları nəticəsində 12 nəfər həlak olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    İsrail ordusunun martın 2-dən etibarən Livana qarşı başlatdığı intensiv hücumlar davam edir. Bu gün səhər saatlarından bəri həyata keçirilən hava zərbələri nəticəsində həyatını itirənlərin sayı 12-yə yüksəlib.

    VOA xəbər verir ki, Livanın rəsmi NNA agentliyinin məlumatına görə, ölkənin cənub, şərq və şimal bölgələri ağır bombardmanlara məruz qalıb.

    Hücumların coğrafiyası genişlənməkdədir. Nəbatiyə vilayətinin Şərqi Zavter qəsəbəsində bir ailənin 3 üzvü, Kefur qəsəbəsində isə 2 nəfər həlak olub. Ölkənin cənubundakı Sur şəhərində hərəkətdə olan avtomobilin hədəf alınması nəticəsində 3 nəfər ölüb. Oxşar hadisə şərqi Livanın Zahlə bölgəsində də baş verib; avtomobilə endirilən zərbə 2 nəfərin həyatına son qoyub, daha 2 nəfər isə yaralanıb.

    Livanın şimalındakı əl-Bədavi Fələstin qaçqın düşərgəsinə endirilən zərbə nəticəsində "Hamas" rəhbərlərindən biri olan Vəsim Atallah və həyat yoldaşı həlak olub, qızları isə yaralanıb. Bu, İsrailin hərbi əməliyyatları Livanın dərinliklərinə və qaçqın düşərgələrinə qədər genişləndirdiyini göstərir.

    İsrailin hücumlarına cavab olaraq "Hizbullah" qruplaşması İsrailin şimalındakı İtsba Cəlil bölgəsinə bir sıra raket zərbələri endirdiyini açıqlayıb. İsrail ordusu ölkənin şimalında həyəcan siqnallarının işə düşdüyünü təsdiqləyib.

    Livan Səhiyyə Nazirliyinin 4 mart tarixinə olan son məlumatına görə, martın 2-dən bəri davam edən hücumlarda ümumilikdə 72 nəfər həlak olub, 437 nəfər isə yaralanıb. İsrail ordusu Beyrutu həm havadan, həm də dənizdən hədəf alarkən, quru əməliyyatlarını daha da genişləndirmək qərarına gəlib.

    #Livan #İsrail və Livan münaqişəsi #İsrail-Livan sərhədi #İsrail Livan münasibətləri #Livan-İsrail gərginliyi #Livan-İsrail münasibətləri #Livan-İsrail sərhəd gərginliyi #İsrail Livanda hərbi mövcudluq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    21 İyul 2026 22:48

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    21 İyul 2026 22:30

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    21 İyul 2026 22:02

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    21 İyul 2026 20:24

    Nəbih Berri müharibəyə son qoyulmasını dəstəkləyir - Cozef Aun

    21 İyul 2026 20:16

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    21 İyul 2026 20:10

    Livan Prezidenti Ağon Ağ Evdə Trampla görüşüb

    21 İyul 2026 20:03

    İsrail qüvvələri Livan ordusunun yerləşdiyi ərazi yaxınlığında atəş açıb

    21 İyul 2026 20:00

    Livan baş naziri İranın Bəhreynə hücumlarını pisləyib

    21 İyul 2026 19:54

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    20 İyul 2026 22:25

    Livanda İsrail hücumları nəticısində ölənlərin sayı 4 328 nəfərə çatıb

    20 İyul 2026 19:34

    ABŞ Livanın cənubunda ilk “pilot zonalar”ın yaradıldığını açıqlayıb

    20 İyul 2026 19:22
    XƏBƏR LENTİ

    Türkiyə XİN Husilərin Səudiyyə blokadasını qınadı

    İordaniya dörd İran dronunu vurdu

    Qarşıdakı illərdə Azərbaycan-Almaniya əməkdaşlığının geostrateji ölçüləri daha da genişlənəcək - Sevil Mikayılova

    Misirdə fəaliyyət göstərən azərbaycanlı alim Seymur Nəsirov Əfqanıstan Tələbələr Birliyi tərəfindən təltif olunub

    ABŞ aviaşirkətləri Livana uçuşlar həyata keçirə bilər

    Məhəmməd bin Salman Mərkəzi-Xəttatlıq üzrə ən böyük kitabxana

    Səudiyyədə istifadəsiz torpaqlar tikintiyə cəlb olunacaq

    Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” qanunda dəyişiklikləri təsdiqləyib

    Türkiyədə Misir kapitallı yeni şirkətlərin sayı artıb – TOBB

    Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyib – Səudiyyə nüvə silahına hazırlaşır?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.