Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Suriya-Livan sərhədində gərginlik: Dəməşq sızma cəhdlərinin qarşısını alır

    4 Mart 2026 10:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Suriya-Livan sərhədində gərginlik: Dəməşq sızma cəhdlərinin qarşısını alır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    Suriya Müdafiə Nazirliyi regional münaqişənin genişlənməsi fonunda Livan və İraqla sərhəd xəttində hərbi mövcudluğunu gücləndirdiyini açıqlayıb.

    VOA xəbər verir ki, məlumata görə, bu addım sərhədlərin qorunması və nəzarətin artırılması məqsədilə atılıb.Hərbi mənbələrin verdiyi məlumata görə, fevral ayından başlayan, lakin son günlərdə sürətlənən əməliyyat çərçivəsində sərhəd boyu "Qrad" və "Katyuşa" raket sistemləri, zirehli texnika və piyada bölmələri yerləşdirilib. Xüsusilə Homsun qərb kəndləri və Tartusun cənubunda 52-ci və 84-cü diviziyaların mövcudluğu genişləndirilib.

    Suriya hərbi rəsmiləri bu addımın hər hansı qonşu ölkəyə qarşı hücum məqsədi daşımadığını, əksinə, silah və narkotik qaçaqmalçılığının qarşısını almaq, eləcə də İranın dəstəklədiyi "Hizbullah"ın və ya digər silahlı qrupların Suriyaya sızmasını əngəlləmək məqsədi güddüyünü bildiriblər. Livan təhlükəsizlik rəsmiləri isə Dəməşqin bu hərəkətini "Hizbullah tərəfindən Suriyaya qarşı edilə biləcək hər hansı hücuma qarşı müdafiə tədbiri" kimi qiymətləndiriblər.

    İsrailin Livanın cənubuna və Beyruta endirdiyi zərbələr nəticəsində on minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb və minlərlə qaçqın Suriya sərhədinə doğru axın edir. Suriya ordusunun bu strateji yerdəyişməsi bölgədə 14 ildir davam edən vətəndaş müharibəsindən sonra yaranmış mürəkkəb təhlükəsizlik balansını qorumaq cəhdi kimi dəyərləndirilir.

    #İraq #Suriya xəbərləri #Suriya Müdafiə Nazirliyi #Livan və Suriya #Livan-Suriya #Livan Suriya münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran sərt sanksiyaların öhdəsindən gəlmək üçün plan hazırlamalıdır - Qalibaf

    21 Avqust 2026 18:08

    Qəddar sanksiyalara qarşı plan hazırlamalıyıq - Qalibaf

    21 Avqust 2026 15:22

    Müharibədən sonrakı bərpa mərhələsi - Suriya neft və qaz infrastrukturunu yenidən qurur

    21 Avqust 2026 12:49

    Suriyada SDQ-nin dövlətə inteqrasiyası tamamlandı

    21 Avqust 2026 09:18

    Suriya Məkkə müdafiə paktına qoşulur? – Xarici İşlər nazirindən İslamabadda mühüm bəyanat

    21 Avqust 2026 06:22

    İranla İraqı ayırmaq cəhdləri bizi daha da yaxınlaşdırıb - Qalibaf

    20 Avqust 2026 22:19

    İraqın baş naziri Qalibafla görüşdə İranın dəstəyini yüksək qiymətləndirib

    19 Avqust 2026 20:28

    Dəməşq tələb edir - Moskvanın isə Əsədi təhvil verməmək üçün hüquqi bəhanələri var

    19 Avqust 2026 19:57

    ABŞ bölgədən “şərəfli çıxış” yolu axtarır - Qalibaf

    19 Avqust 2026 18:26

    İraq Hörmüzdən neft ixracı üçün İrandan xüsusi güzəşt istəyib

    19 Avqust 2026 17:31

    İran parlamentinin sədri Bağdad, Kərbəla və Nəcəfə səfər edəcək

    18 Avqust 2026 22:48

    Doha İraq Kürdüstanına hücumu suverenliyin pozulması adlandırıb

    18 Avqust 2026 19:42
    XƏBƏR LENTİ

    TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

    Turizmin paytaxtı Antalyada 10 milyonluq hədd aşıldı

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    Almaniya XİN rəhbəri Kiyevə gedib

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.