Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Livan hərbi heyətini daşıyarkən Ankara yaxınlığında qəzaya uğrayan təyyarənin istintaqı ilə bağlı mühüm faktları açıqlayıb. Nazir qeyd edib ki, təyyarənin səs yazan cihazındakı (CVR) bütün məlumatlar uğurla oxunub və pilotların qəzadan əvvəlki son danışıqları tam şifrələnib. Araşdırmalar nəticəsində məlum olub ki, təyyarə hələ qəza çağırışı etməzdən əvvəl qüllə ilə mütəmadi əlaqədə olub və elektrik sistemində ciddi nasazlıqlar yaşandığını bildirib.
#Liviya ordusunun Baş Qərargah rəisi faciəli şəkildə həlak olub
Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dbeibə Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfərdən qayıdarkən təyyarənin ağır qəza ilə üzləşməsi nəticəsində Liviya ordusunun Baş Qərargah rəisi Məhəmməd Həddadın və onu müşayiət edən şəxslərin həlak olduğunu elan edib. Dbeibə həlak olanların xatirəsinə həsr etdiyi bəyanatda bildirib ki, hadisə nəticəsində Quru Qoşunlarının Baş Qərargah rəisi, general-leytenant rütbəli Fəturi Qəribil, Hərbi Sənaye Cihazının direktoru, briqada generalı Mahmud Qətiuvi, Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əlsəavi, həmçinin Baş Qərargahın media ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Məhcub da həyatını itirib.