Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Arab+
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • Körfəz Əməkdaşlıq Şurası
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    PYD siyasi gigiyenik vasitə kimi istifadə olunub atıldı - Rufiz Hafizoğlu

    28 Yanvar 2026 11:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    PYD siyasi gigiyenik vasitə kimi istifadə olunub atıldı - Rufiz Hafizoğlu
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    "PYD-nin siyasi gigiyenik vasitə kimi istifadə olunub atılması ilk növbədə Türkiyənin xeyrinədir. Bu vəziyyət birmənalı olaraq Türkiyənin maraqlarına xidmət edir".

    AzerVoice xəbər verir ki bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu Suriyada son zamanlar cərəyan edən proseslərdən hansı ölkənin daha qazanclı çıxdığına aydınlıq gətirərkən deyib. Müsahibimiz düşünür ki, burada Dəməşqin də marağı var:

    "Həmin bölgələr kənd təsərrüfatı və neftlə zəngin olmaqla Suriya dövlətinin ayaqda qalması üçün ən önəmli yerlərdir".

    Rufiz Hafizoğlu qeyd edir ki, kürd dili və Novruz bayramı məsələsi kürd xalqını PYD/YPG-nin inhisarından çıxarmaq üçün atılan addımdır:

    "Onu bilmək lazımdır ki, kürd toplumu hər zaman Suriyanın tərkib hissəsi olub. Ölkədə əhalinin təxminən 30 faizi kürdlərdən ibarətdir. PYD/PKK-nın iddia etdiyinin əksinə olaraq, əslində kürdlər bölgədə daha dindar toplumdur. Amma baş verən hadisələr fonunda elə təəssürat yarandı ki, guya bütün kürdlər solmeyilli, marksist-kommunist təşkilatların üzvləridir. Əhməd Şaraanın kürd dili və Novruz bayramı ilə bağlı verdiyi qərar siyasi məsləhətləşmələrlə həyata keçirilən bir addım olub və nəticədə Novruz bayramı milli bayram elan olundu. Kürd dili faktorunun milli dil kimi qəbul olunması da önəmli addımdır. Bu, əslində kürd xalqını PYD/YPG-nin inhisarından çıxarmaq üçün atılan addım idi".

    Həmsöhbətimiz deyir ki, ABŞ-ın PYD-yə dəstəyi dayandırması artıq onlara ehtiyacın olmamasından qaynaqlanır:

    "ABŞ-ın PYD-yə silah dəstəyinin kəsilməsi daha öncədən hissə-hissə həyata keçirilirdi. Suriyada əvvəllər "parçala və hökm et" siyasətini görürdüksə, bu gün regionda fərqli mənzərədir. ABŞ və digər super güclər bilir ki, kiçik bölünmüş rejimləri idarə etmək o qədər də asan deyil. PKK da əslində rus beyninin məhsuludur. Amma zaman keçdikcə bu beyin məhsulu transformasiyalara uğrayaraq, don dəyişərək ABŞ-ın himayəsinə keçdi. Artıq isə ona ehtiyac yoxdur. Bəşər Əsəd rejiminin çökməsi bir çox siyasi problemli məsələlərin həllinə gətirib çıxarır. Siyasətdə heç bir şey təsadüfi baş vermir. Baş verənlər fonunda İsrail-Suriya arasında müəyyən məsələlərdə səthi olsa da, razılığa gəlmə məsələsi də var".

    Ekspert bildirir ki, Suriya Rusiyanı tam olaraq izolyasiya edib:

    "Rusiya hazırda Suriyada əvvəlki mövqeyində deyil. Amma bu o demək deyil ki, orada rus təsiri yoxdur. Rusiyanın hərbi bazaları qalmaqdadır. Onlar əvvəlki tək olmasa da, aktivliyi qoruyub saxlayırlar. Lakin heç bir halda Rusiyaya Suriyadakı əvvəlki legitimliyini qoruyub saxlamağa imkan verməyəcəklər. Nə Türkiyə, nə də ABŞ buna imkan verəcək. Əhməd əl-Şaraanın Moskva səfərinə gəldikdə, əsas mövzu iqtisadi məsələdir. Burada Suriyanın Rusiyaya olan milyardlarla borcunun silinməsi məsələsi var. Eyni zamanda Əsədin Dəməşqə verilməsi məsələsi də gündəmdədir".

    Qeyd edək ki, son zamanlar Suriyada hadisələr sürətlə cərəyan edir. Suriyada PKK-nın qolu olan PYD artıq ABŞ dəstəyindən məhrum olur. Rəsmi Vaşinqton artıq onlara ehtiyaclarının olmadığını bəyan edib. Eyni zamanda Suriya ordusu kürd silahlı dəstələrinin nəzarəti altında olan bir sıra əraziləri yenidən Dəməşqin nəzarətinə qaytarıb. Suriya lideri Əhməd Şaraa isə kürd dili və Novruz bayramının keçirilməsinə "yaşıl işıq" yandırdı. Sabah Əhməd əl-Şaraa Rusiyaya səfər edəcək.

    Rüfət Sultan

    #Rufiz Hafizoğlu: PYD-nin sıradan çıxarılması Türkiyənin xeyrinədir #Politoloq: Suriyada PYD dövrü başa çatır #PYD-nin zəifləməsi Türkiyə və Dəməşq üçün yeni imkanlar yaradır #Hafizoğlu Suriyada dəyişən güc balansını şərh etdi #ABŞ-ın PYD-dən imtinası regionda nəyi dəyişir? #Suriyada kürd məsələsi yeni mərhələyə keçir #Rufiz Hafizoğlu: PYD’nin tasfiye edilmesi Türkiye’nin yararına #PYD sonrası Suriye’de yeni denge #ABD’nin PYD’den çekilmesi ne anlama geliyor? #Suriye’de Kürt meselesi yeni bir aşamada #PYD’nin rolü neden sona eriyor? #Türkiye ve Şam’ın ortak çıkarları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailin cənubdakı kütləvi söküntülərə bəraəti məntiqə uyğun deyil - Nəvaf Salam

    12 Avqust 2026 19:54

    Qəzzaya ayrılan 400 milyon dollar HƏMAS-a verilməyəcək

    12 Avqust 2026 19:27

    İsrailin hücumları cənubda yerləşdirilmə prosesinə mane olur - Livan

    12 Avqust 2026 19:25

    Husilər Yəmənin Əl-Məxa limanına yeni raket hücumu həyata keçirib

    12 Avqust 2026 18:33

    Bezalel Smotriç fələstinlilərə məxsus tikililərin sökülməsini alqışlayıb

    12 Avqust 2026 18:16

    Livan Prezidenti ABŞ generalı ilə atəşkəs razılaşmasının icrasını müzakirə edib

    12 Avqust 2026 18:12

    Şahzadə Rəcva Əmmandakı məzuniyyət günündə üslubu ilə diqqət çəkdi

    12 Avqust 2026 14:57

    BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Suriyada mühacir düşərgələrini ziyarət edib

    12 Avqust 2026 14:27

    Hizbullahın maliyyə imperiyasına ağır zərbə - təşkilat ciddi maliyyə böhranı ilə üz-üzədir

    12 Avqust 2026 10:52

    ABŞ-ın Yəməndəki zərbələri və 2025-ci il hesabatı: mülki itkilər Vaşinqtonun hərbi strategiyasına kölgə salır

    12 Avqust 2026 10:20

    Husilər ölkənin qərb sahilinə silsilə hücumlar həyata keçirib - Yəmən

    11 Avqust 2026 20:30

    Suriya Kolumbiyanın işğal altındakı Colan təpələri ilə bağlı qərarını pisləyib

    11 Avqust 2026 19:38
    XƏBƏR LENTİ

    Qlobal siyasətin yeni cəbhəsi: Kosmik diplomatiyanın əhəmiyyəti artır

    Bu gün Berlin bölündü

    Tarixdə bu gün –13 Avqust

    ABŞ-da 1 000 saxta nikahla bağlı böyük immiqrasiya işi açılıb

    İraq Səudiyyə Ərəbistanına yüksək səviyyəli təhlükəsizlik nümayəndə heyəti göndərəcək

    Fransanın şimalında meşə yanğını səbəbindən 1 200 nəfər təxliyə olunub

    Trampın Hörmüz boğazı üzərində “tam nəzarət” iddiası danışıqlara ziddir

    CodeRabbit 143 milyon dollar cəlb etdi - şirkətin dəyəri 1,5 milyard dollara yüksəldi

    İsrailin cənubdakı kütləvi söküntülərə bəraəti məntiqə uyğun deyil - Nəvaf Salam

    Avropa İttifaqı və 26 ölkə İranda etirazçıların edamlarını pisləyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.