Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İsrail Suriyadakı proseslərlə bağlı mövqeyini açıqlayıb: “Amerikalı dostlarımızı dinləyirik”

    23 Yanvar 2026 02:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail Suriyadakı proseslərlə bağlı mövqeyini açıqlayıb: “Amerikalı dostlarımızı dinləyirik”
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İsrail Suriya ordusunun YPG/SDQ-yə qarşı həyata keçirdiyi əməliyyatlarla bağlı ehtiyatlı mövqe sərgilədiyini və bu məsələdə ABŞ-la koordinasiyaya üstünlük verdiyini açıqlayıb.

    AzerVoice xəbər verir ki, İsrail Prezidenti İsaak Hersoq İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı Suriyadakı vəziyyətlə bağlı sualları cavablandırıb. O bildirib ki, İsrailin əsas məqsədi Suriya ilə sakit, təhlükəsiz və dinc yanaşı yaşamaqdır. Hersoq vurğulayıb ki, İsrail Suriya xalqı üçün daha yaxşı gələcəyin təmin olunmasını arzulayır və bu istiqamətdə ölkə rəhbərliyinə uğurlar diləyir.

    Suriyadakı inkişaflara münasibət bildirən İsrail Prezidenti deyib ki, rəsmi Tel-Əviv baş verənləri diqqətlə izləyir. Onun sözlərinə görə, xüsusilə druz müttəfiqlərin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar mövcuddur. Hersoq qeyd edib ki, Suriyadan daxil olan məlumatlar həm druz icması, həm də kürd əhalinin vəziyyəti ilə bağlı ciddi risklərdən xəbər verir.

    Yeni Suriya hakimiyyətinin etibarlılığı ilə bağlı suala cavab verən Hersoq bildirib ki, İsrail bu məsələdə ABŞ-ın mövqeyinə önəm verir. O vurğulayıb ki, amerikalı tərəfdaşlar Suriya Prezidenti Əhməd əş-Şaraa və onun komandası ilə mütəmadi təmasdadır və region ölkələrinin mövqeləri də nəzərə alınır. İsrail Prezidenti əlavə edib ki, proseslərin real nəticələr verməsi əsas meyar olmalıdır.

    Bu bəyanatlar ABŞ-ın Suriya siyasətində dəyişikliklər fonunda səsləndirilib. ABŞ-ın Suriya üzrə nümayəndəsi Tom Barak daha əvvəl Vaşinqtonun YPG/PKK ilə əməkdaşlığa son verdiyini, İŞİD-lə mübarizədə SDQ-nin rolunun başa çatdığını və qurumun Şam hakimiyyəti ilə inteqrasiya olunmalı olduğunu açıqlamışdı. ABŞ rəsmisi həmçinin Şam administrasiyasının təhlükəsizlik məsuliyyətini üzərinə götürməyə hazır olduğunu bildirmişdi.

    #İsrail Suriyadakı proseslərə münasibət bildirdi #Hersoq: Amerikalı dostlarımızı dinləyirik #İsrail Suriyada YPG/SDG məsələsində ehtiyatlı mövqe tutur #Tel-Əviv Suriyadakı hadisələri yaxından izləyir #İsrail ABŞ-la koordinasiyaya üstünlük verir #Davosda İsrailin Suriya mesajı #İsrail’den Suriye açıklaması: Amerikalı dostlarımızı dinliyoruz #Herzog Suriye’deki gelişmelere temkinli yaklaştı #İsrail YPG/SDG operasyonları konusunda ABD’yi işaret etti #Davos’ta İsrail’in Suriye mesajı #Tel Aviv Suriye sürecini yakından izliyor #İsrail ABD ile koordinasyonu vurguladı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Pakistan müsəlman ölkələrini İsrailə qarşı birləşməyə çağırıb

    9 Avqust 2026 13:56

    Suriya parlamentində 22 qadın deputat: Siyasi müxtəlifliyin yeni tərkibi

    9 Avqust 2026 09:00

    Suriya-Livan sərhədində xüsusi əməliyyat keçirilib

    9 Avqust 2026 08:33

    Yəmən Silahlı Qüvvələri husilərə qarşı bir neçə istiqamətdə hücuma keçib

    8 Avqust 2026 20:11

    İsrail qüvvələri Livanın cənubunda irəliləyib

    8 Avqust 2026 18:05

    Qəzzada atəşkəsin ikinci mərhələsi üçün ABŞ İsrailə təzyiqi artırır

    8 Avqust 2026 17:51

    Dünya Bankası Suriyaya 100 milyon dollar qrant ayıracaq

    8 Avqust 2026 14:44

    İsrail siyasi partiyaları yəhudi yaşayış məntəqələrinə necə yanaşır?

    8 Avqust 2026 09:00

    Husilər Məribdə Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələri vurduqlarını iddia ediblər

    7 Avqust 2026 21:49

    Yəmən hərbi dəniz qüvvələri Qırmızı dənizdə neft tankerinə hücumun qarşısının alındığını bildirib

    7 Avqust 2026 21:02

    Husilər Yəməndə paralel iqtisadiyyatı necə qurdular?

    7 Avqust 2026 19:22

    Livanın cənubunda məscid yaxınlığında partlayış baş verib

    7 Avqust 2026 19:21
    XƏBƏR LENTİ

    Pakistan müsəlman ölkələrini İsrailə qarşı birləşməyə çağırıb

    Üç prezidentin mirası - Trampın siyasi “genləri” haradan gəlir?

    Pezeşkianın etirafı Tehranın manevr imkanlarının daraldığını göstərir

    Prezident İlham Əliyev Sinqapur Prezidentini təbrik edib

    Avropa mərkəzli tarixə etiraz - Dekolonizasiya necə öyrənilməlidir?

    Türkiyədə insan alveri qurbanlarının sayı açıqlanıb (ÖZƏL)

    İŞİD-in Suriyadakı virtual dünyası və yeni terror strateqiyası

    Suriya parlamentində 22 qadın deputat: Siyasi müxtəlifliyin yeni tərkibi

    Trampın namizədinə rəqib olan "Əsl miçiqanlı" Əbdürrəhman əs-Seyid kimdir?

    Suriya-Livan sərhədində xüsusi əməliyyat keçirilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.