Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Tramp Qəzzada Sülh Şurasının yaradıldığını elan etdi

    16 Yanvar 2026 09:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tramp Qəzzada Sülh Şurasının yaradıldığını elan etdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    ABŞ prezidenti Donald Tramp Qəzza zolağında sülhün təmin olunması məqsədilə yeni beynəlxalq mexanizmin formalaşdırıldığını açıqlayıb.

    AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sosial şəbəkə hesabında yaydığı bəyanatda Qəzzada Sülh Şurasının yaradıldığını və qurumun üzvlərinin yaxın vaxtlarda açıqlanacağını bildirib. O, bu şuranın indiyədək formalaşdırılmış ən böyük və ən nüfuzlu beynəlxalq qurumlardan biri olacağını vurğulayıb.

    Donald Tramp Qəzzada atəşkəs prosesinin artıq ikinci mərhələsinə rəsmi şəkildə keçildiyini qeyd edərək, ilkin mərhələdə hərbi qarşıdurmaların dayandırıldığını və bölgəyə əhəmiyyətli həcmdə humanitar yardımın çatdırıldığını iddia edib.

    ABŞ prezidenti Qəzzanın idarə olunması ilə bağlı keçid dövrü üçün texnokrat əsaslı müvəqqəti Fələstin idarəetmə mexanizminin yaradılmasını dəstəklədiyini açıqlayıb. Onun sözlərinə görə, Sülh Şurasının Ali Nümayəndəsi tərəfindən dəstəklənəcək Qəzza İdarəetməsi Milli Komitəsi adlı yeni Fələstin texnokrat hökuməti bölgənin idarə edilməsində əsas rol oynayacaq. Tramp bu rəhbərliyin sülhə sarsılmaz şəkildə sadiq olduğunu bildirib.

    ABŞ lideri çıxışında Türkiyə, Misir və Qətərin dəstəyinə xüsusi diqqət çəkib. O bildirib ki, bu ölkələrin iştirakı ilə Qəzzanın hərbiləşmədən çıxarılması prosesinə start veriləcək. Bu proses çərçivəsində HƏMAS-ın silahlarının tam təhvil verilməsi və bölgədəki bütün tunellərin dağıdılması nəzərdə tutulur.

    Donald Tramp bəyanatını Qəzza əhalisinin uzun müddətdir ağır humanitar böhran yaşadığını qeyd edərək yekunlaşdırıb və bölgə üçün sülh mərhələsinin artıq yetişdiyini bildirib.

    #Türkiyə #Türkiye #Tramp Qəzzada Sülh Şurasının yaradıldığını elan etdi #ABŞ Qəzza üçün yeni sülh mexanizmi formalaşdırır #Qəzzada atəşkəsin ikinci mərhələsi başlayıb #Tramp Qəzza üçün texnokrat idarəetməni dəstəklədiyini açıqladı #Misir və Qətər Qəzzada sülh prosesinə cəlb olunur #ABŞ Qəzzanın hərbiləşmədən çıxarılmasını planlaşdırır #Trump Gazze’de Barış Kurulu’nun kurulduğunu açıkladı #ABD Gazze için yeni barış sürecini başlatıyor #Gazze’de ateşkesin ikinci aşamasına geçildi #Trump’tan Gazze yönetimiyle ilgili kritik açıklama #Mısır ve Katar Gazze sürecinde #Gazze’nin silahsızlandırılması gündemde
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk pilotlar Eurofighter təlimləri üçün avqustda Böyük Britaniyaya gedir

    23 İyul 2026 14:50

    Səudiyyəli investorların Türkiyəyə yatırımı 311 milyon lirəni keçib – ÖZƏL

    23 İyul 2026 13:00

    HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib

    22 İyul 2026 20:05

    Türkiyə XİN Husilərin Səudiyyə blokadasını qınadı

    22 İyul 2026 16:54

    Ankarada təlim helikopteri qəzaya uğrayıb - Pilot həlak olub

    22 İyul 2026 12:04

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    Türkiyədə yeni şadırvan tikintisi üçün tender elan edilib

    20 İyul 2026 16:30

    Bordo Berelilər dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri arasında 4-cü yerdə qərarlaşıb

    19 İyul 2026 19:15

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48

    Türkiyədə 4 mindən çox şagirdin daşınması üçün tender elan olunub

    16 İyul 2026 16:55

    CANiK PRIME RADIAN Türkiyədə satışa çıxarılıb

    16 İyul 2026 16:27
    XƏBƏR LENTİ

    Süni intellekt infrastrukturu ilə bağlı ictimai narahatlıqlar nəzərə alınır - Blackstone rəhbəri

    Küveyt ordusu sərhədlərin qorunması üçün bütün zəruri tədbirlərin görüldüyünü açıqlayıb

    Kanada bazarlarında iqtisadi nikbinlik güclənir

    ABŞ Rusiyanın İrana mümkün kəşfiyyat dəstəyini araşdırır

    Almaniyada hökumətdə kadr dəyişiklikləri gözlənilir

    Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul edib

    ABŞ Konqresində Trampın İran siyasəti ilə bağlı fikir ayrılığı yaranıb

    Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır - BMT Baş katibi

    Cəbrayılda mina partlayışı baş verib, bir nəfər xəsarət alıb

    Körfəz ölkələri və İordaniya İranın hücumlarını pisləyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.