Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Əş-Şaraa suriyalıları Yeni il münasibətilə təbrik etdi: “Suriya vahid, güclü və sabit olacaq”

    1 Yanvar 2026 19:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Əş-Şaraa suriyalıları Yeni il münasibətilə təbrik etdi: “Suriya vahid, güclü və sabit olacaq”
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Suriya Prezidenti Əhməd əş-Şaraa Yeni ilin gəlişi münasibətilə Suriya xalqını təbrik edərək, ölkənin gələcəyinə nikbin baxdığını bildirib.

    AzerVoice xəbər verir ki, Suriya prezidenti Əş-Şaraa “X” sosial platformasında paylaşdığı mesajda qeyd edib ki, yeni ilin başlanğıcı Suriyanın vahid, güclü və sabit dövlət kimi inkişafına ümid yaradır.

    “Yeni ilin başlanğıcı ilə böyük ümid və nikbinliklə parlaq gələcəyə baxırıq. Bu gələcəkdə Suriya vahid, güclü və sabit qalacaq, suriyalılar isə əl-ələ verərək ölkənin quruculuğunda və inkişafında iştirak edəcəklər. Qoy ölkənin hər guşəsində xeyir, sülh və harmoniya hökm sürsün,” – deyə Əş-Şaraa vurğulayıb.

    O, paylaşımını “Hər birinizə və Suriyaya yeni ildə bol xeyir və rifah arzulayıram” sözləri ilə yekunlaşdırıb.

    Xristian icması: Xarici “himayə”yə ehtiyac yoxdur

    İsrailin baş naziri Beniyamin Netanyahunun Suriyadakı xristian və druz icmalarının “qorunması” ilə bağlı bəyanatlarına cavab olaraq, Antioxiya və Bütün Şərq Rum Pravoslav Kilsəsinin patriarxı İohann X Yəzici bildirib ki, Suriyadakı xristianların xarici müdafiəyə ehtiyacı yoxdur.

    Patriarx vurğulayıb ki, xristianlar Suriya milli kimliyinin ayrılmaz hissəsidir və ölkənin bütün digər vətəndaşları ilə birlikdə Vətənlərini müdafiə etməyə davam edəcəklər.

    “Suriyalı xristianlar bu ölkənin əsil və köklü tərkib hissəsidir və heç bir xarici müdaxilə adı altında təqdim olunan ‘qoruma’ya ehtiyac duymurlar,” – deyə Yəzici qeyd edib.

    “Şam Şəbəkəsi” xəbər portalının məlumatına görə, Netanyahunun hökumətinin Suriyadakı azlıqları “qorumağa hazır” olduğu barədə təkrarlanan bəyanatları ölkədəki xristian liderlər tərəfindən qəti şəkildə rədd edilir. Onlar bu cür çağırışların Suriya dövlətinin suverenliyinə zidd olduğunu və siyasi məqsədlərlə istifadə edildiyini bildirirlər.

    Bu mövqe Suriyadakı xristian icmasının milli dövlətə bağlılığını və azlıqlar mövzusunun daxili və ya xarici siyasi alətə çevrilməsinə qarşı olduğunu bir daha nümayiş etdirir.

    #İsrail #Suriya #Suriya Prezidenti Əhməd əş-Şaraanın Yeni ilin gəlişi münasibətilə Suriya xalqına təbrik mesajı #Əhməd əş-Şaraa #Suriya xristianları #Beniyamin Netanyahunun Suriyadakı xristian və druz icmalarının qorunması ilə bağlı bəyanatları #Antioxiya və Bütün Şərq Rum Pravoslav Kilsəsi #İohann X Yəzici #Şam Şəbəkəsi xəbər portalı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İstənilən cəbhədə müharibənin davamına hazırıq - Eyal Zamir

    29 İyul 2026 22:23

    Netanyahu Vaşinqtonda ABŞ müdafiə naziri Pit Heqsetlə görüşüb

    29 İyul 2026 21:21

    İsrailin Qərb sahilində məskunlaşma fəaliyyətinin genişlənməsi dayandırılmalıdır - Kanada

    29 İyul 2026 21:17

    İşğal altındakı İordan çayının qərb sahilində gərginlik davam edir

    29 İyul 2026 21:06

    Son 24 saatda iki nəfər ölüb, 29 nəfər yaralanıb - Qəzza Səhiyyə Nazirliyi

    29 İyul 2026 20:47

    Livanda bankir barədə niyə araşdırma tələb olunur?

    29 İyul 2026 19:45

    Qəzzada humanitar böhranın miqyası genişlənir

    29 İyul 2026 18:35

    "Hizbullah" Livanda hərbi texnikaya pilotsuz aparatla hücum edib - İsrail

    29 İyul 2026 18:11

    İordan çayının qərb sahilində gərginlik daha da artır

    29 İyul 2026 18:08

    İran hücum edərsə, cavab vermək hüququmuz var - Netanyahu

    29 İyul 2026 14:41

    İran Çindən 400-ə qədər hava hücumundan müdafiə sistemi alacaq

    29 İyul 2026 09:58

    Vens, Rubio və Heqset Tramp-Netanyahu görüşündə iştirak ediblər

    28 İyul 2026 21:16
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 30 İyul

    Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu siyasətlə vidalaşdı

    Ağ Ev ətraf mühit sahəsində əsas vəzifəyə yeni namizəd hazırlayır

    İstənilən cəbhədə müharibənin davamına hazırıq - Eyal Zamir

    İtaliya və ABŞ süni intellekt üzrə Pax Silica əməkdaşlıq sazişini imzalayacaq

    Kanada Mərkəzi Bankında iqtisadi artımla bağlı fikir ayrılığı yaranıb

    Yaxın Şərqdə gərginliyin artması neft qiymətlərini kəskin yüksəldib

    XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

    İran Hörmüz boğazını gələcək danışıqlarda əsas strateji rıçaq kimi görür

    Netanyahu Vaşinqtonda ABŞ müdafiə naziri Pit Heqsetlə görüşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.