Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Dəməşq SDQ - yə dörd maddəlik ultimatum verdi

    30 Dekabr 2025 23:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Dəməşq SDQ - yə dörd maddəlik ultimatum verdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVocie, Orxan Qədirzadə

    Suriya hökuməti ölkənin şimal-şərqində fəaliyyət göstərən SDQ ilə aparılan inteqrasiya danışıqlarında mövqeyini sərtləşdirərək təşkilata dörd maddəlik ultimatum təqdim edib.

    AzerVocie xəbər verir ki, ultimatumda Fərat çayının şərq bölgəsinə Suriya ordusunun yerləşdirilməsi, gömrük-keçid məntəqələrinin Dəməşqin nəzarətinə verilməsi, neft və qaz yataqlarının mərkəzi hökumətə təhvil verilməsi, eləcə də ərəb əhalinin sıx yaşadığı ərazilərin mərhələli şəkildə dövlətin idarəsinə qaytarılması tələb olunur.

    Məlumata görə, tərəflər arasında 10 mart tarixli razılaşmaya baxmayaraq, SDQ son aylar ərzində bu maddələr üzrə praktiki addım atmayıb. Şam bu vəziyyəti razılaşmaların açıq şəkildə icra edilməməsi kimi qiymətləndirir.

    Ekspertlərin fikrincə SDQ-nin əsas niyyəti Suriya dövlətinə inteqrasiya olmaq deyil, əksinə, dövlət strukturunu daxildən dəyişməkdir. Lakin, Dəməşq hökuməti bu yanaşmanı qəbul etmir və artıq “son tarix” müəyyən edib.

    Ekspertlər bildirir ki, Donald Tramp, Suriya rəhbərliyi və Türkiyə arasında keçirilən son təmaslarda diplomatik variantların tükəndiyi mesajı verilib və bu, prosesi son mərhələ hesab olunur.

    Türkiyə KİV-lərin məlumatına görə SDQ-yə yaxın mənbələr “Dəməşqlə razılaşma əldə olunduğu” iddialarını ortaya atıblar. Həmçinin verilən məlumatlarda bu iddiaların dezinformasiya olduğu vurğulanır. Bildirilir ki, SDQ rəhbəri Məzlum Abdi-nin guya Dəməşqə getməsi ilə bağlı yayılan görüntülər gerçəkliyi əks etdirməyib.

    Suriya Xarici İşlər Nazirliyi isə rəsmi açıqlamasında SDQ ilə danışıqların konkret nəticə vermədiyini, mərkəzsizləşmə tələblərinin ölkənin ərazi bütövlüyünə təhdid yaratdığını bəyan edib.

    Ekspertlər son dövrdə İŞİD hücumlarının artmasını diqqətəlayiq hesab edir və bu prosesin regionda yeni destabilizasiya cəhdləri ilə əlaqəli olduğunu bildirirlər. Ekspert açıqlamalarında bildirilir ki, Suriyanın cənubunda digər qrupların da SDQ-dən ilham alaraq hərəkətə keçməsi riski mövcuddur.

    Bu kontekstdə Dəməşq rəhbərliyi SDQ məsələsinin həll edilməsinin vacibliyini ön plana çıxarır.

    Mənbələrə görə, Dəməşqin SDQ-yə təqdim etdiyi ultimatum aşağıdakı bəndləri əhatə edir:

    Suriya ordusunun Fəratın şərqinə keçərək yerləşdirilməsi;

    Gömrük və sərhəd-keçid məntəqələrinin mərkəzi hökumətə verilməsi;

    Neft və qaz yataqlarının Dəməşqin idarəsinə qaytarılması;

    Ərəb əhalinin çoxluq təşkil etdiyi ərazilərin mərhələli şəkildə dövlət nəzarətinə keçirilməsi.

    Bildirilir ki, SDQ bu maddələrin heç biri üzrə razılıq nümayiş etdirmir.

    #Şam’ın SDG’ye verdiği ültimatom ne anlama geliyor? #Fırat’ın doğusunda yeni kriz: Şam–SDG hattı #Suriye yönetimi SDG ile köprüleri mi attı? #Petrol #sınırlar ve ordu: Şam’ın dört maddelik şartı #SDG krizi bölgesel güvenliği tehdit ediyor mu? #Şamın SDG-yə ultimatumu Suriyada yeni mərhələnin başlanğıcıdırmı? #Fəratın şərqi üzərində mübarizə: Şam–SDG qarşıdurması dərinləşir #Suriya hökuməti SDG ilə körpüləri yandırır #Enerji sahələri və sərhədlər: Şamın sərt şərtləri #SDG böhranı regional təhlükəsizliyi necə təsir edir? #Damascus ultimatum to SDF marks new phase in Syria #Eastern Euphrates and oil fields at heart of Syria–SDF standoff #Syria hardens stance toward SDF #Integration talks collapse as Damascus issues ultimatum #SDF crisis and regional security risks
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    21 İyul 2026 22:30

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    21 İyul 2026 22:02

    Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası

    21 İyul 2026 21:02

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    21 İyul 2026 20:24

    Nəbih Berri müharibəyə son qoyulmasını dəstəkləyir - Cozef Aun

    21 İyul 2026 20:16

    İsrail qüvvələri Livan ordusunun yerləşdiyi ərazi yaxınlığında atəş açıb

    21 İyul 2026 20:00

    Livan baş naziri İranın Bəhreynə hücumlarını pisləyib

    21 İyul 2026 19:54

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    İraqın şimalında neft hasilatı təhlükəsizlik səbəbilə dayandırıldı

    21 İyul 2026 19:12

    İordan çayının qərb sahilində təhlükəsizlik böhranı dərinləşir

    21 İyul 2026 19:08

    BƏƏ İranın Bəhreyn, Küveyt və İordaniyaya hücumlarını pisləyib

    21 İyul 2026 19:03

    Suriya ordusu Rəqqaya girdi

    17 Yanvar 2026 15:25
    XƏBƏR LENTİ

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.