Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Suriya-İsrail xəttində yeni mərhələ - Tramp Əhməd əl-Şəraa ilə Netanyahu arasında uzlaşma axtarır, HƏMAS və İranı hədələyir

    30 Dekabr 2025 07:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Suriya-İsrail xəttində yeni mərhələ - Tramp Əhməd əl-Şəraa ilə Netanyahu arasında uzlaşma axtarır, HƏMAS və İranı hədələyir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    ABŞ prezidenti Donald Tramp bildirib ki, Suriya prezidenti Əhməd əl-Şəraa ilə İsrailin baş naziri Beniyamin Netanyahu arasında razılaşmanın əldə olunması üçün çalışacaq. Bununla yanaşı, Tramp HƏMAS-ı silahdan imtina etmədiyi təqdirdə ağır nəticələrlə, İranı isə nüvə proqramını bərpa etməyə cəhd göstərərsə yeni hücumlarla hədələyib.

    Tramp bu açıqlamaları Floridada yerləşən Mar-a-Laqo iqamətgahında Netanyahu ilə keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında səsləndirib. O bildirib ki, ABŞ və İsrail arasında Suriya məsələsi üzrə tam qarşılıqlı anlaşma mövcuddur.

    ABŞ prezidenti Suriya lideri barədə danışarkən deyib:
    “Əhməd əl-Şəraa güclü liderdir. Hazırda Suriyanın belə bir şəxsə ehtiyacı var. Ona hörmət edirəm və münasibətlərimiz yaxşıdır.”

    Tramp Netanyahuyla apardığı danışıqlar nəticəsində bir sıra mühüm nəticələr əldə etdiyini, onunla uzun müddətdir sıx əməkdaşlıq etdiyini və bu prosesin davam edəcəyini vurğulayıb.

    Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Qəzzada hərbi cinayətlərdə ittiham olunan Netanyahuya müraciət edən Tramp bildirib:
    “Biz hər zaman sizinləyik və yanınızda olacağıq”, – deyə o qeyd edib və Yaxın Şərqdə sülhün təmin olunmasının əsas hədəf olduğunu əlavə edib.

    HƏMAS-a açıq xəbərdarlıq

    Fələstin məsələsinə toxunan Tramp HƏMAS-ı silahdan imtina etmədiyi halda “ağır bədəl” ödəyəcəyi ilə hədələyib. O bildirib ki, təşkilatın bu addımı atması üçün vaxt çox məhduddur.

    Tramp əlavə edib ki, Qəzza üzrə razılaşmanı HƏMAS-ın silahsızlaşdırılması şərti ilə imzalayan bəzi ölkələr, əgər bu baş verməzsə, HƏMAS-ın silahlarının məhv edilməsində iştirak edəcəklər.

    ABŞ prezidenti İsrailin Qəzza razılaşmasına sadiq qaldığını vurğulayıb və Netanyahu ilə əksər məsələlərdə razı olduqlarını deyib. Bununla belə, işğal altındakı İordan çayının qərb sahilində israilli məskunlaşanların zorakılığı mövzusunda tam uzlaşmanın olmadığını etiraf edib.

    Hizbullah və İranla bağlı mövqe

    Tramp Livanın Hizbullah hərəkatına da toxunaraq bildirib ki, təşkilat “pis davranır” və Livanın Hizbullahın silahsızlaşdırılması istiqamətində atacağı addımlar diqqətlə izlənəcək.

    O, İranın regional gücünün ciddi şəkildə zəiflədiyini vurğulayıb və Tehranın nüvə proqramını yenidən qurmasına icazə verilməyəcəyini bildirib. Tramp qeyd edib ki, İran belə bir cəhd edərsə, ABŞ yeni hərbi zərbələr endirəcək. Bununla yanaşı, Vaşinqtonun Tehranla danışıqlara açıq olduğu da bildirilib.

    Ərdoğan–Netanyahu xətti və F-35 məsələsi

    Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Netanyahu arasındakı münasibətlərə toxunaraq bildirib ki, onlar arasında problem olmayacaq və ABŞ hər iki tərəfi dəstəkləyir.

    O, Ərdoğanın Suriyada İsrailə qarşı fəaliyyət göstərən rejimin devrilməsində oynadığı rola görə yüksək qiymətləndirilməli olduğunu deyib. Bu sözlərlə Tramp devrilmiş Bəşər Əsəd rejiminə işarə edib.

    ABŞ prezidenti əlavə edib ki, administrasiya Türkiyəyə F-35 qırıcılarının satışını nəzərdən keçirir.

    Qəzza: razılaşma və humanitar itkilər

    Qeyd edək ki, HƏMAS və İsrail arasında atəşkəs razılaşması ötən ilin 10 oktyabrında imzalanıb. Razılaşma qüvvəyə mindikdən sonra İsrail ordusu tərəfindən yüzlərlə pozuntu qeydə alınıb. Qəzza hökumətinin məlumatına görə, bu pozuntular nəticəsində 418 fələstinli həlak olub, 1141 nəfər yaralanıb.

    Razılaşma İsrailin 8 oktyabr 2023-cü ildə başlatdığı və iki il davam edən genişmiqyaslı hərbi əməliyyatlara son qoyub. Bu müddətdə 71 mindən çox fələstinli həyatını itirib, 171 mindən artıq insan yaralanıb. Mülki infrastrukturun təxminən 90 faizi dağıdılıb. BMT-nin qiymətləndirməsinə görə, Qəzzanın bərpası üçün təxminən 70 milyard dollar tələb olunur.

    #İsrail və İran #Tramp Əhməd əl-Şəraa və Netanyahu arasında uzlaşma axtarır #ABŞ HƏMAS və İrana sərt xəbərdarlıq etdi #Tramp: Əhməd əl-Şəraa Suriyanın bu mərhələdə ehtiyac duyduğu liderdir #ABŞ Yaxın Şərqdə yeni siyasi balans qurur #Trampın Yaxın Şərq strategiyası: Suriya #Vaşinqtonun HƏMAS və İrana mesajı nə deməkdir? #Tramp niyə Əhməd əl-Şəraa üzərindən regionu dizayn edir? #Suriya-İsrail xəttində yeni mərhələ
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailin müdafiə naziri İsrail Katz İrana qarşı yeni və daha şiddətli hücum xəbərdarlığı edib

    16 Aprel 2026 19:37

    İslamabadda hər bir ssenariyə ciddi şəkildə hazırıq - İran

    11 Aprel 2026 18:07

    İran danışıqlar öncəsi Livanda atəşkəs və aktivlərin azad olunmasını tələb edib

    10 Aprel 2026 19:00

    İran uranın zənginləşdirilməsi proqramına qoyulan məhdudiyyətləri rədd edir

    9 Aprel 2026 21:10

    İslamabadda nümayəndə heyətinə, çox güman ki, Qalibaf rəhbərlik edəcək - İran

    9 Aprel 2026 19:03

    İƏT və müttəfiqləri BMT Təhlükəsizlik Şurasını İsrailə qarşı hərəkətə keçməyə səslənib

    8 Aprel 2026 22:11

    İran istənilən hücuma cavab verəcək - Pezeşkian

    8 Aprel 2026 22:01

    İran artıq əvvəlki kimi deyil, güc balansını kökündən dəyişirik – Netanyahu

    7 Aprel 2026 18:40

    Yaxın Şərqdə eskalasiya regional sülhü təhdid edir - Pakistan ordusu

    7 Aprel 2026 18:21

    ABŞ ordusu Xark adasındakı hərbi obyektləri yenidən hədəf alıb

    7 Aprel 2026 17:48

    Urmiya hava limanı hədəfə alınıb - İran

    6 Aprel 2026 23:01

    Tehran ABŞ-ın müvəqqəti atəşkəs təklifini rədd edib

    6 Aprel 2026 20:08
    XƏBƏR LENTİ

    Maka Boçorişvili: Azərbaycan və Ermənistan arasında müsbət dinamika regionda sülhü gücləndirəcək

    Hakan Fidan: Ermənistanla normallaşma prosesi Azərbaycanla sıx əlaqələndirilir

    Sorğu: Amerikalıların əksəriyyəti artıq ABŞ-ı “dünyanın ən üstün ölkəsi” hesab etmir

    Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda üçtərəfli formatda görüşdü

    2026 FIFA Dünya Çempionatı dünya iqtisadiyyatına nə qədər qazandıracaq?

    Venesuelanın vitse-prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlir

    Türkiyə nazirinin Qüds valisi olmaq arzusu İsraildə gərginlik yaradıb

    XI Milli Marketinq Forumu uğurla başa çatıb

    Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq

    Hafiz Əsəd Livanı Tehrana necə hədiyyə etdi – faktlar və tarixi sənədlər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.