#Tramp Əhməd əl-Şəraa və Netanyahu arasında uzlaşma axtarır

ABŞ prezidenti Donald Tramp bildirib ki, Suriya prezidenti Əhməd əl-Şəraa ilə İsrailin baş naziri Beniyamin Netanyahu arasında razılaşmanın əldə olunması üçün çalışacaq. Bununla yanaşı, Tramp HƏMAS-ı silahdan imtina etmədiyi təqdirdə ağır nəticələrlə, İranı isə nüvə proqramını bərpa etməyə cəhd göstərərsə yeni hücumlarla hədələyib.