Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    İtaliya UNIFIL-in mandatı bitdikdən sonra Livanda hərbi mövcudluğunu saxlamaq niyyətindədir

    22 Dekabr 2025 19:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İtaliya UNIFIL-in mandatı bitdikdən sonra Livanda hərbi mövcudluğunu saxlamaq niyyətindədir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İtaliya 2026-cı il dekabrın 31-də BMT-nin Livandakı Sülhməramlı Qüvvələrinin (UNIFIL) mandatının başa çatmasından sonra da ölkədə hərbi mövcudluğunu davam etdirmək niyyətindədir.

    AzerVoice-un məlumatına görə, bu barədə İtaliyanın müdafiə naziri Quido Krosetto Livana səfəri zamanı açıqlama verib. O bildirib ki, UNIFIL missiyası başa çatdıqdan sonra da İtaliya beynəlxalq mövcudluğun qorunmasına və Livan silahlı qüvvələrinin potensialının gücləndirilməsinə dəstək verməyə davam edəcək.

    Nazirin sözlərinə görə, Livan ordusunun imkanlarının artırılması ölkənin təhlükəsizliyinin və sərhədlərinin qorunması baxımından vacibdir. Krosetto vurğulayıb ki, İtaliya həm çoxtərəfli, həm də ikitərəfli formatlarda bölgədə iştirakını təmin edəcək.

    İtaliya Müdafiə Nazirliyinin nümayəndəsi AFP-yə açıqlamasında Rommanın UNIFIL missiyası başa çatdıqdan sonra da Livanda hərbi kontingent saxlamaq niyyətini təsdiqləyib.

    Qeyd edək ki, UNIFIL 1978-ci ildən etibarən İsrail və Livan arasında tampon rolunu oynayır və İsrailin 2000-ci ildə Livanın cənubundan çıxmasından sonra da bölgədə fəaliyyətini davam etdirib. Livan hökuməti missiyanın uzadılmasını istəsə də, BMT Təhlükəsizlik Şurası avqust ayında İsrail və ABŞ-ın təzyiqlərindən sonra UNIFIL üçün yalnız son bir uzadılmanı təsdiqləyib.

    Hazırda UNIFIL İtaliya general-mayoru Diodato Abanyaranın rəhbərliyi altında fəaliyyət göstərir və missiyada 49 ölkədən 9 900-dən çox hərbçi iştirak edir. İndoneziyadan sonra 1 099 hərbçi ilə İtaliya UNIFIL-ə ən çox töhfə verən ikinci ölkədir.

    İsrail UNIFIL missiyasının başa çatmasını alqışlayıb və İranın dəstəklədiyi “Hizbullah”a qarşı aparılan hərbi əməliyyatlardan sonra Beyrut hökumətini ölkənin cənubunda nəzarəti gücləndirməyə çağırıb. İsrail ilə “Hizbullah” arasında əldə olunmuş atəşkəs çərçivəsində Livan ordusu cənub bölgələrində mövqelərini genişləndirir və silahlı qruplaşmanın infrastrukturunun ləğvi istiqamətində addımlar atır.

    #Regional təhlükəsizlik #İtaliya Livanda beynəlxalq hərbi mövcudluğun qorunmasını dəstəkləyir #Roma Livan ordusuna dəstəyi UNIFIL-dən sonra da davam etdirmək istəyir #İtaliya UNIFIL-dən sonra da Livanda hərbi kontingent saxlaya bilər #UNIFIL-in mandatı bitsə də #İtaliya Livanı tərk etməyəcək #İtaliya Livanda hərbi iştirakını çoxtərəfli formatda davam etdirəcək #BMT sülhməramlıları #Livanda hərbi mövcudluq #İtaliya ordusu #UNIFIL mandatının başa çatması #Livanda beynəlxalq hərbi missiya #BMT Təhlükəsizlik Şurası qərarı #Livan ordusunun gücləndirilməsi #İsrail və Hizbullah arasında atəşkəs #Livanın cənubunda təhlükəsizlik #çoxtərəfli hərbi əməkdaşlıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətərin Baş naziri və Kanadanın xarici işlər naziri regional gərginliyin azaldılmasını müzakirə ediblər

    27 İyul 2026 21:06

    Doha Riyada tam dəstəyini ifadə edib

    27 İyul 2026 20:40

    Livanın xarici işlər naziri Hizbullahı tənqid edib - Ordu öz missiyasını yerinə yetirəcək

    27 İyul 2026 20:37

    Hücumlara cavab vermək hüququmuz var - Səudiyyə Ərəbistanı

    27 İyul 2026 19:54

    İran Səudiyyə Ərəbistanı ilə Yəmən arasındakı gərginliyin dialoq yolu ilə həllinə çağırıb

    25 İyul 2026 21:40

    Qətər və Misir Dohada regional təhlükəsizlik və gərginliyin azaldılmasını müzakirə edib

    25 İyul 2026 21:09

    Husilər Səudiyyə Ərəbistanının "Aramco" obyektlərinə hücumları gücləndirir

    25 İyul 2026 19:39

    SEPAH Hörmüz boğazında dörd gəmini dayandırdığını açıqlayıb

    25 İyul 2026 19:22

    ABŞ-ın Hörmüz boğazında ayrıca marşrut açması memorandumun şərtlərinə uyğun deyil - Əraqçi

    25 İyul 2026 18:14

    ABŞ İrana təzyiq üçün "isti-soyuq" strategiyasından istifadə edir

    25 İyul 2026 18:08

    Tramp Çin və Rusiyanı İran müharibəsinə qarışmamağa çağırıb

    24 İyul 2026 20:26

    Küveyt pilotsuz uçuş aparatlarının zərərsizləşdirildiyini açıqlayıb

    24 İyul 2026 19:36
    XƏBƏR LENTİ

    Türkmənistan vətəndaşları Türkiyədə daşınmaz əmlak alışlarını artırıb (ÖZƏL)

    Yaponiyada 7,1 bal gücündə zəlzələ baş verib

    Ambarlı limanında "yük" partlayışı - 17 milyon tonu kim daşıdı? (ÖZƏL)

    Türkiyə Fransaya iki yanğınsöndürmə təyyarəsi göndərib

    Türkiyədə məktəb daxilində məscidlər açılacaq

    Rusiya-Ermənistan münasibətlərinin Azərbaycanla əlaqəlindirilməsinə son qoyulmalıdır - XİN

    İordan çayının qərb sahilində zorakılıq dərhal dayandırılmalıdır - BƏƏ

    Pakistan vətəndaşları iyunda Türkiyədə 34 daşınmaz əmlak alıb (ÖZƏL)

    Türkiyədə şəxsi məlumatların internetdə paylaşılması qaydaları dəyişdi

    Ombudsman nümayəndələri Suriyadan repatriasiya olunan Azərbaycan vətəndaşları ilə görüşüblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.