Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Tramp Qəzza Sabitlik Qüvvəsində rəhbərliyə general-mayor təyinini nəzərdən keçirir

    12 Dekabr 2025 02:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tramp Qəzza Sabitlik Qüvvəsində rəhbərliyə general-mayor təyinini nəzərdən keçirir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında yerləşdirilməsi nəzərdə tutulan Beynəlxalq Sabitlik Qüvvəsinə (BSQ) rəhbərlik etmək üçün ABŞ ordusunun general-mayor rütbəli zabitini təyin etməyi nəzərdən keçirdiyi bildirilir.

    AzerVoice xəbər verir ki, məlumat ABŞ mərkəzli “Axios” nəşrinə danışan iki amerikalı və iki israilli rəsmi şəxsə əsaslanır.

    Mənbələrə görə, mümkün təyinat BSQ və Qəzza Barış Şurasını Vaşinqtonun son 20 ildə Yaxın Şərqdə həyata keçirdiyi ən genişmiqyaslı siyasi və hərbi təşəbbüslərdən birinə çevirəcək. Qeyd olunur ki, bu addım ABŞ-ın Qəzzanın təhlükəsizliyi və yenidən qurulması prosesinə dair məsuliyyətini daha da artıracaq.

    Məlumata əsasən, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Volts bu həftə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə mümkün təyinat barədə ilkin məlumat verib. İsrailli rəsmi Axios-a açıqlamasında Voltsın təklif olunan general-mayoru şəxsən tanıdığını və onu ciddi və peşəkar hərbçi kimi səciyyələndirdiyini bildirib.

    ABŞ rəsmiləri həmçinin BSQ-nin idarəetmə modeli və Qəzzada qurulması planlaşdırılan yeni inzibati struktura dair sənədləşmələrin son mərhələyə daxil olduğunu açıqlayıblar. Məlumatlara görə, ABŞ administrasiyası BMT-nin sabiq Yaxın Şərq üzrə xüsusi koordinatoru Nikolay Mladenovu Qəzza Barış Şurasında təmsilçi vəzifəsinə namizəd kimi irəli sürüb.

    Hesabatda qeyd olunur ki, Tramp Barış Şurasına Almaniya və İtalya nümayəndələrinin də qoşulması üçün dəvət göndərib. Bu qurum prezident Trampın 9 oktyabr tarixində elan etdiyi və 18 noyabrda BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmiş 20 maddəlik barış planının tərkib hissəsidir. Planın şərtlərinə görə, Şura atəşkəsin qorunması və Qəzzanın yenidən qurulması üzrə beynəlxalq proseslərin əlaqələndirilməsində əsas rol oynayacaq.

    Donald Tramp dünən verdiyi açıqlamada Şuraya daxil olacaq üzvlərin 2026-cı ilin əvvəlində təqdim olunacağını bildirib.

    #ABŞ administrasiyası BSQ-nin rəhbərliyinə general-mayorun təyinatını müzakirə edir #Qəzza üçün formalaşdırılan Beynəlxalq Sabitlik Qüvvəsinin strukturu yekun mərhələdədir #Vaşinqtonun Qəzza planı: sabitlik qüvvələrinə rəhbərlik üçün namizəd müəyyənləşir #Трамп рассматривает назначение американского генерал-майора руководителем Международных сил стабильности в Газе #США завершают формирование структуры Международных сил стабильности (МСС) #Вашингтон определяет кандидата для руководства МСС и Советом по Газе #Trump reportedly considering appointing a U.S. major general to lead the International Stability Force in Gaza #U.S. finalizing structure of the International Stability Force (ISF) and Gaza governance model #Washington moves toward selecting leadership for Gaza Stability initiatives #Beynəlxalq Sabitlik Qüvvəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriya qlobal ödəniş sisteminə qayıtdı – əş-Şaraadan simvolik addım

    27 Avqust 2026 14:04

    Netanyahu Yəhya Sinvarla gizli əlaqə saxlayıb? Liberman araşdırma tələb edir

    27 Avqust 2026 13:27

    İordaniya görüşündən sonra İsrail-Suriya razılaşması mümkün olacaqmı?

    27 Avqust 2026 12:57

    İsrail Suriyə və Livana niyə eyni vaxtda hücuma keçdi?

    27 Avqust 2026 12:56

    Əsəd rejiminin daha iki yüksək rütbəli zabiti saxlanıldı

    27 Avqust 2026 10:06

    İsrailin Livana zərbələri davam edir

    27 Avqust 2026 09:42

    Netanyahu üçün həyəcan siqnalı - Likud seçkilərdə məğlub ola bilər

    27 Avqust 2026 09:37

    Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

    27 Avqust 2026 07:39

    12 milyard dollarlıq sirr - Suriyanın dövlət ehtiyatı Hafiz Əsədin adına olub?

    27 Avqust 2026 06:00

    ABŞ “Fələstin Fəaliyyəti” qərarı ilə tənqidçiləri susdurmağa çalışır - BMT

    26 Avqust 2026 21:03

    ABŞ “Fələstin Fəaliyyəti” hərəkatına sanksiya tətbiq edib

    26 Avqust 2026 20:24

    İsrail qüvvələri Livanın cənubuna yeni hücumlar həyata keçirib

    26 Avqust 2026 18:26
    XƏBƏR LENTİ

    Suriya qlobal ödəniş sisteminə qayıtdı – əş-Şaraadan simvolik addım

    Qətər ərzaq təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayır

    Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

    Netanyahu Yəhya Sinvarla gizli əlaqə saxlayıb? Liberman araşdırma tələb edir

    İordaniya görüşündən sonra İsrail-Suriya razılaşması mümkün olacaqmı?

    İsrail Suriyə və Livana niyə eyni vaxtda hücuma keçdi?

    Nüvə sənayemiz dünyanın aparıcı ölkələri ilə eyni səviyyədədir - İranın nüvə rəhbəri

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan edib

    Rusiyada “Ozon”un iki logistika mərkəzinə PUA hücumu edilib

    Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.