Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzzada son 24 saatda daha 113 fələstinli həlak olub

    3 Sentyabr 2025 16:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada son 24 saatda daha 113 fələstinli həlak olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrail ordusunun Qəzza zolağına endirdiyi hücumlarda son 24 saat ərzində 113 fələstinli həyatını itirib, 304 nəfər yaralanıb.

    AzerVoice xəbər verir ki,Qəzzadakı Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada İsrailin davam edən hücumları nəticəsində baş verən itkilərlə bağlı son məlumatlar ictimaiyyətlə paylaşılıb.

    Məlumata görə, İsrail ordusunun 19 yanvarda əldə olunan atəşkəsi pozaraq 18 martdan etibarən başladığı hücumlarda indiyədək 11 min 615 fələstinli həyatını itirib, 49 min 204 nəfər isə yaralanıb.

    Son 24 saat ərzində Qəzzada humanitar yardım almaq üçün növbədə dayanan insanların hədəf alındığı hücumlarda 33 fələstinli öldürülüb, 141 nəfər isə yaralanıb.

    İsrail və ABŞ tərəfindən idarə olunan guya "yardım paylama məntəqələrində" fələstinlilərin sistematik şəkildə hədəf alındığı hücumlarda, 27 may tarixindən bəri öldürülənlərin sayı 2 min 339 nəfərə, yaralananların sayı isə 17 min 70 nəfərə çatıb.

    İsrailin 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına davam edən hücumlarında həyatını itirənlərin ümumi sayı 63 min 746 nəfər, yaralananların sayı isə 161 min 245 nəfər olaraq açıqlanıb.

    Qəzza zolağında hələ də minlərlə meyitin dağıntılar altında qaldığı bildirilir.

    Eyni zamanda, İsrailin sərhəd keçidlərini bağlaması və humanitar yardımın girişini məhdudlaşdırması səbəbilə aclığa sürüklənən Qəzzada son 24 saat ərzində 6 fələstinli aclıqdan həyatını itirib. Beləliklə, 7 oktyabrdan bəri aclıq səbəbilə ölənlərin sayı 131-i uşaq olmaqla 367 nəfərə yüksəlib.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Donald Tramp və Qəzza planı #HƏMAS və Qəzzanın gələcəyi #Fələstin torpaqları və Qəzza gələcəyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib

    22 İyul 2026 20:05

    HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyə ilk bəyanatını verib

    22 İyul 2026 19:30

    Qəzzada ölənlərin sayı 73 min 305 nəfərə çatdı

    22 İyul 2026 18:05

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    HƏMAS-ın yeni rəhbəri bəlli oldu

    20 İyul 2026 17:00

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 23 İyul

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    Körfəz Əməkdaşlıq Şurası İranın hücumlarını pisləyib

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    Qanalı vətəndaşlar Cənubi Afrikadakı ksenofob zorakılıqla bağlı BCM-yə müraciət ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.