#Fələstin torpaqları və Qəzza gələcəyi

İsrail ordusu atəşkəsə rəğmən Qəzza zolağının müxtəlif bölgələrinə istiqamətlənmiş hücumlarını davam etdirərkən, Xan Yunisdə ayaqda qalan binaları da partlayıcılarla havaya uçurub. İsrail 10 oktyabrdan bəri qüvvədə olan atəşkəs razılaşmasını pozmağa davam edir. Şahidlərin sözlərinə görə, İsrail ordusu Qəzza şəhərinin şərq bölgələrini və bölgənin şimalında yerləşən Cibaliya qəsəbəsinin şərq hissəsini hədəf alıb.

ABŞ Milli Kəşfiyyat Direktoru Tulsı Qabbard bildirib ki, Qəzza sektorunda atəşkəsin müşahidəsi çətin və daha çox ünsiyyət, koordinasiya və şəffaflıq tələb edən işdir. Qabbard verdiyi açıqlamada və ABŞ-ın idarə etdiyi Hərbi-Vətəndaş Koordinasiya Mərkəzinə gözlənilməz səfəri zamanı “illərdir görünməyən dərəcədə, yalnız İsraildə deyil, bütövlükdə Yaxın Şərqdə real ümid hissi olduğunu” deyib. O, bu mərkəzi “müştərək maraqlar naminə ölkələrin birləşməsinin nə gətirə biləcəyinin canlı nümunəsi” adlandırıb və bunun gələcək nəsillər üçün dayanıqlı sülh imkanını yarada biləcəyini söyləyib.

İsrail ordusunun Qəzza zolağına endirdiyi hücumlarda son 24 saat ərzində 113 fələstinli həyatını itirib, 304 nəfər yaralanıb. Qəzzadakı Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada İsrailin davam edən hücumları nəticəsində baş verən itkilərlə bağlı son məlumatlar ictimaiyyətlə paylaşılıb. Məlumata görə, İsrail ordusunun 19 yanvarda əldə olunan atəşkəsi pozaraq 18 martdan etibarən başladığı hücumlarda indiyədək 11 min 615 fələstinli həyatını itirib, 49 min 204 nəfər isə yaralanıb. Son 24 saat ərzində Qəzzada humanitar yardım almaq üçün növbədə dayanan insanların hədəf alındığı hücumlarda 33 fələstinli öldürülüb, 141 nəfər isə yaralanıb.