Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzzada 13 fələstinli əsir Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə azad edilib

    24 Avqust 2025 20:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada 13 fələstinli əsir Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə azad edilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Qəzza zolağında İsrail tərəfindən saxlanılan 13 fələstinli Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə azad edilib.

    AzerVoice xəbər verir ki, bu barədə komitənin verdiyi açıqlamada deyilir.

    “13 fələstinli sərbəst buraxılaraq Kərəm Əbu Səlim sərhəd-keçid məntəqəsindən Əl-Əqsa Şəhidlər Xəstəxanasına aparılıb. Komandamız onların ailələri ilə əlaqə saxlamasına və yenidən bir araya gəlməsinə şərait yaradıb” - deyə, açıqlamada bildirilib.

    Qeyd olunub ki, Qızıl Xaç Komitəsi mart ayından bəri 5-i qadın olmaqla ümumilikdə 255 fələstinlinin İsrail tərəfindən birtərəfli qaydada azad olunmasına vasitəçilik edib və onların ailələrinə qovuşmasına yardım göstərib. Komitə açıq şəkildə saxlanılan şəxslərin adlarının açıqlanmasını və ailə görüşlərinə icazə verilməsini tələb edib. Açıqlamada vurğulanıb ki, beynəlxalq humanitar hüquqa görə əsirlərə insani münasibət göstərilməli, məqbul saxlanma şəraiti təmin olunmalı və onların ailələri ilə ünsiyyət imkanı qorunmalıdır.

    Qeyd edək ki, əvvəllər azad edilmiş fələstinlilərin sözlərinə görə, çox sayda məhbus İsrail həbsxanalarında ağır işgəncələrə, kifayət qədər qida verilməməsinə və tibbi səhlənkarlığa məruz qaldıqlarından ciddi sağlamlıq problemləri ilə azadlığa buraxılır.

    #Qəzza #Qəzza zolağı #Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) #əsir mübadiləsi #Əsir və itkin düşmüş #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #əsirlərin geri qaytarılması #HƏMAS əsir razılaşması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.