Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzzadakı soyqırımı dayandırmaq üçün Aİ-dən konkret tədbirlər gözləyirik - Fələstin

    9 İyul 2025 09:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzadakı soyqırımı dayandırmaq üçün Aİ-dən konkret tədbirlər gözləyirik - Fələstin
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Fələstin Aİ-ni Qəzzada soyqırımı dayandırmaq üçün təcili tədbirlərə çağırıb.

    AzerVoice xəbər verir ki, Fələstinin Xarici İşlər və Qürbətçilər naziri Farsin Ağabekian Şahin Avropa İttifaqını İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumları dayandırmaq üçün daha sərt və təxirəsalınmaz addımlar atmağa çağırıb.

    Fələstin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, nazir Şahin bu çağırışı Avropa İttifaqının Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi nümayəndəsi Kristof Bigotla Ramallahda keçirdiyi görüş zamanı səsləndirib. Görüşdə Qəzzada baş verən insan itkiləri, köçkünlük, aclıq və fəlakət səviyyəsində dağıntılar müzakirə olunub.

    Şahin bildirib ki, İsrailin gömrük və vergi gəlirlərini kəsməsi, yaşayış məntəqələrinə və qaçqın düşərgələrinə hücumları Fələstin hökumətinin fəaliyyətinə ciddi zərbə vurur. Onun sözlərinə görə, Fələstin xalqı sistematik şəkildə məhv edilir və bu vəziyyətə beynəlxalq ictimaiyyət, xüsusilə də Aİ səssiz qalmamalıdır.

    Nazir Aİ-ni yalnız bəyanatlarla kifayətlənməməyə, soyqırımın qarşısını almaq üçün təsirli siyasi və diplomatik alətlərdən istifadə etməyə, eləcə də Qəzzada Fələstin hökumətinin məsuliyyət daşıya bilməsi üçün bütün tərəflərlə koordinasiyalı şəkildə işləməyə çağırıb.

    Qeyd edək ki, görüş zamanı Kristof Bigot da Aİ-nin Fələstin dövlətini və hökumətini dəstəklədiyini vurğulayıb. O, qurumun iki dövlətli həll prinsipinə sadiqliyini bir daha təsdiqləyərək, davamlı sülh üçün bu çərçivədə əməkdaşlığın vacibliyini bildirib.

    #Fələstin #Qəzza zolağı #Avropa İttifaqı (Aİ) #Yaxın Şərq münaqişəsi #Fələstin soyqırımı #İsrail və Qəzza #İsrail və Qəzza münaqişəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    İordan çayının qərb sahilində təhlükəsizlik böhranı dərinləşir

    21 İyul 2026 19:08

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    HƏMAS-ın yeni rəhbəri bəlli oldu

    20 İyul 2026 17:00

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Qərb sahilində son əməliyyatlar zamanı nələr baş verib?

    18 İyul 2026 20:26

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17

    İsrail qüvvələri İordan çayının qərb sahilində 10 fələstinlini saxlayıb

    18 İyul 2026 18:03
    XƏBƏR LENTİ

    TUSAŞ HÜRKUŞ, HÜRJET və KAAN layihələri ilə bağlı yeni məlumatları açıqlayıb

    KOBİA media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etdi

    Tramp İnfantinonu BMT-nin Baş katibi vəzifəsinə təklif etmək istəyir

    Nikaraquada prezident seçkiləri daimi ləğv edildi

    Özəlin yeni partiyasına kimlər qatılacaq?

    Baykar və Leonardo yeni PUA təqdim etdi

    Elə bil dünən idi…

    "Terrorsuz Türkiyə" prosesi Türkiyə iqtisadiyyatına necə təsir edəcək?

    Yaponiyada gizli sosial problem - Hikikomori fenomeni nədir?

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.