Bakı. AzerVoice:
İsrail ordusu İordan çayının qərb sahilində 20 fələstinlini həbs edib.
AzerVoice xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Heyət tərəfindən verilən ortaq açıqlamada qeyd edilib.
İsrail əsgərlərinin İordan çayının qərb sahilində basqınlarını davam etdirdiyi bildirilib.
Qeyd edilib ki, İsrail əsgərləri son 24 saat ərzində İordan çayının qərb sahilinin Beytləhm, Nablus, Cenin, Hebron və Qalkilya şəhərlərində və Qüdsdə bir qadın və keçmiş məhbusların da olduğu azı 20 fələstinlini nəzarətə götürüb.
Əsgərlərinin basqınlar zamanı fələstinlilərin evlərini dağıdıb, onlarla pis rəftar etdiyi bildirilib.
Xatırladaq ki, İordan çayının 7 oktyabr 2023-cü ildən bu yana qərb sahilində saxlanılan fələstinlilərin sayı 8 min 975-ə yüksəlib.
Hafiz Rufizoğlu