Bakı. AzerVoice:
İsrail atəşkəslə bağlı yeni təklif irəli sürüb.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Ağ Evdə təşkil edilən mətbuat konfransında deyib.
O, İsrailin 3 mərhələli yeni atəşkəs layihəsini təqdim etdiyini və layihənin ilk 6 həftəlik mərhələsində Qəzzadakı yaşayış məntəqələrindən çəkilməyi və bəzi girovların azad edilməsini nəzərdə tutduğunu açıqlayıb.
"Yeni layihə 3 mərhələdən ibarətdir və birinci mərhələ 6 həftədir; İsrail qüvvələrinin Qəzzadakı yaşayış məntəqələrindən tam çıxarılmasını əhatə edir. İkinci mərhələdə qalan girovlar, o cümlədən sağ qalan kişi əsgərlər azad ediləcək, İsrail Qəzzadan çəkiləcək və müvəqqəti atəşkəs (birinci mərhələdə) hərbi əməliyyatların daimi dayandırılmasına çevriləcək”– deyə Bayden qeyd edib.
Hafiz Rufizoğlu