Bakı,AzerVoice
Səudiyyəli mənbə bazar ertəsi sosial mediada ticarət naziri doktor Məcid əl-Qəsabi ilə İsrail rəsmisi arasında görüş keçiriləcəyi barədə yazılanları təkzib edib. AzerVoice xəbər verir ki , Əbu-Dabidə keçirilən Ümumdünya Ticarət Təşkilatının (ÜTT) 13-cü Nazirlər Konfransında (MC13) doktor Əl-Qəsabi və İsrail rəsmisini əks etdirən videosu yayınlanıb.
Mənbə bildirib ki, videokonfransın açılışı ərəfəsində doktor əl-Kəsabi nigeriyalı həmkarı ilə yanaşı dayanarkən lentə alınıb.
Mənbə qeyd edib ki, naməlum şəxs salam vermək üçün nazirə yaxınlaşıb və daha sonra özünü İsrailin işğalçı hökumətində iqtisadiyyat naziri kimi təqdim edib.
Krallıq Fələstin məsələsində sabit mövqeyini hər zaman ortaya qoyub və Fələstin xalqının İsrail təcavüzünə qarşı müqavimətini dəstəkləyib.