Bakı,AzerVoice
İraqın maliyyə naziri Taif Sami bazar ertəsi hökumətin daha çox maliyyə siyasətində islahatlara təkan vermək öhdəliyini təsdiqləyib.AzerVoice xəbər verir ki,Sami bunu Dünya Bankının Maliyyə İdarəetmə üzrə Baş Mütəxəssisi Uinston Koulun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bildirib.
Görüşdə İraq hökumətinin təsdiq etdiyi iqtisadi islahatları başa çatdırmaq üçün hazırlanmış əməkdaşlıq proqramı müzakirə olunub.
İraqın maliyyə naziri bildirib ki, iki tərəf arasında tərəfdaşlıq üçün, eləcə də, investorlar və İraq iqtisadiyyatı üçün əlverişli mühit yaradır.