Bakı,AzerVoice
Gələn ilin yayında İrandan İraqa qaz ixracının artacağı gözlənilir,AzerVoice xəbər verir ki, bunuİranın İraqdakı səfiri Məhəmməd Kazım Əl Sadiq deyib.
O qeyd edib ki , İrandan İraqa gündəlik 40-50 milyon kubmetr qaz tədarükü ilə bağlı razılaşma var.
“Razılaşdırılmış həcmdə qaz axınının təmir işləri başa çatdıqdan sonra normal şəkildə bərpa olunacaq” –deyə o bildirib.
İran rəsmisi son vaxtlar İranın İraqa qaz ixracı üçün istifadə edilən qaz kəmərlərinə illik texniki qulluq göstərdiyini bildirib və əlavə edib ki, qaz axını azalıb, lakin tamamilə dayanmayıb.
Qeyd edək ki, İraqın Elektrik Nazirliyi ötən həftə İrandan qaz tədarükünün azalması nəticəsində İraqın elektrik istehsalının təxminən 25 faizini itirdiyini açıqlayıb.
Nazirliyinin sözçüsü Əhməd Musa İranda aparılan təmir layihələri səbəbindən İrandan qaz idxalının azalmasına aydınlıq gətirərək, İraqda saatda 4200 meqavat enerji itkisinin olduğunu açıqlayıb.
İraq hazırda hər saatda təxminən 18,600 meqavat enerji istehsal edir ki, bu da ölkənin mərkəzini və cənub hissələrini hər gün 16 saat elektrik enerjisi ilə təmin edir.