Bakı,AzerVoice
İraqın baş naziri Məhəmməd Əl-Sudani bildirib ki, ölkəsi hərtərəfli tərəfdaşlıq sazişi çərçivəsində İspaniya ilə hərbi saziş imzalamaq üzərində işləyir.
AzerVoice xəbər verir ki,İspaniyanın müdafiə naziri Marqarita Roblesi qəbul etdikdən sonra verdiyi açıqlamada Əl-Sudani bu yaxınlarda Bağdada səfəri zamanı İspaniyanın baş naziri Pedro Sançes ilə razılaşmanın müzakirə edildiyini bildirib.
Buraya bir çox sahələrdə əməkdaşlıq, İraqda infrastrukturun modernləşdirilməsi və inkişaf layihələri daxildir.
Əl-Sudani İspaniyanın NATO-çərçivəsində İraqdakı missiyasındakı rolunu yüksək qiymətləndirib.
O qeyd edib ki , yerli qüvvələr terrorizmlə, xüsusən də İslami terrorizmin qalıqları ilə mübarizədə qabaqcıl imkanlar əldə etdikdən sonra beynəlxalq koalisiyanın İraqdakı missiyasına son qoymaq vaxtı çatıb və beynəlxaq koalisiya qüvvələri İraqı tərk etməlidirlər
Məlumat üçün bildirək ki , NATO missiayı çərçivəsində İspaniyanın İraqda 367 əsgər var.