Baş xəbər

İran ərazisindən buraxılan və Türkiyənin hava məkanına daxil olan ballistik sursatla bağlı Ankara rəsmi etirazını Tehrana çatdırıb. Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılan İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullahzadəyə baş verən hadisə ilə bağlı Türkiyənin narahatlığı və etirazı bildirilib.

Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Dövlətimizin başçısı Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb, qardaş Türkiyə xalqına dəstəyini ifadə edib. Rəcəb Tayyib Ərdoğan telefon zənginə və mövqeyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bu gün Bakı vaxtı ilə saat 18:00-dan etibarən bərpa ediləcək. Qeyd edilib ki, ilkin olaraq daxili istiqamət bərpa olunur. Məlumatda vurğulanıb ki, hazırda hava limanının dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri aparılmaqdadır. Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Martın 8-də "Gazelli Art House"da "Her Art in Action" festivalının 2026-cı il buraxılışının açılış mərasimi keçirilib. Festivalın ilk günündə VarYox incəsənət və mədəniyyət platforması və "Gazelli Art House" Bakı qalereyasının birgə əməkdaşlığı çərçivəsində "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisinin nümayişinə başlanılıb. Sərgidə Leyla Əliyevanın da rəsm əsərləri yer alır.

Dünya enerji bazarında neftin qiyməti artıb. Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı xam neftin aprel fyuçerslərinin qiyməti 28.3% artaraq 116,57 ABŞ dollarına yüksəlib. Məlumata görə, "Brent" markalı xam neftin may ayı üzrə fyuçerslərinin qiyməti isə Bakı vaxtı ilə 09:00-da 27,6% artaraq 118,43 dollara kimi yüksəlib. Ümumilikdə, qiymət artımı əsasən Yaxın Şərqdə artan hərbi gərginliklə əlaqədar enerji infrastrukturuna mümkün təhlükələrlə bağlıdır.

Siyasi və xalq baxımından yanlış zamanda "İslam Müqaviməti" – "Hizbullah"ın hərbi qanadı – tərəfindən atılan raketlər, ilk növbədə, baş katib Naim Qasimin "böyük qardaşı", Livan parlamentinin sədri Nəbih Bərri qarşısındakı etibarını sarsıtdı. Bu, İrana dəstək üçün müdaxilə etməmək barədə ona verdiyi vədin pozulması idi. Həmin raketlər şiə icmasını və ölkəni böyük təhlükə altına aldı; belə ki, İsrail Litaninin cənubundakı 15 km dərinlikdəki ərazini işğal etməklə hədələdi, halbuki Prezident Cozef Aun hökumətin Hizbullahın hərbi və təhlükəsizlik fəaliyyətini qadağan edən qərarını dəstəkləyən "Beşlik" komitəsinin səfirlərinə raketlərin həmin zonadan atılmadığını təsdiqləmişdi.

Səudiyyə Ərəbistanı və Küveyt bazar günü axşam saatlarında İran raketlərinin qarşısını aldıqlarını açıqlayıb. Bəhreyn də ABŞ və İsrailin İrana qarşı müharibəsinə cavab olaraq həyata keçirilən bu hücumlar fonunda həyəcan siqnallarını işə salıb. Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi bəyanatında paytaxt Ər-Riyaddan cənub-şərqdə, Əl-Xərc əyalətində yerləşən Şahzadə Sultan aviabazasına doğru atılan iki ballistik raketi zərərsizləşdirdiyini və məhv etdiyini bildirib. Daha sonra Nazirlik bazar ertəsi səhər saatlarında Rüb əl-Xali səhrasında Şeybə yatağına doğru hərəkət edən bir PUA-nın zərərsizləşdirilərək məhv edildiyini açıqlayıb.

Prezident Məsud Pezeşkian dövlətimizin başçısının İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib.