Məlumata əsasən, Bakı vaxtı ilə saat 15:00-a olan məlumata görə, qeydiyyatdan keçmiş 200 seçicidən 135-i səs verib. Qeyd olunub ki, səsvermədə Azərbaycan ali məktəblərinin tələbələri, beynəlxalq təşkilatların və Qazaxıstan şirkətlərinin əməkdaşları, turistlər, eləcə də Beynəlxalq STEM Olimpiadasında iştirak etmək üçün Bakıya gələn Qazaxıstan məktəblilərinin valideynləri və müəllimləri iştirak edirlər. Bildirilib ki, Qazaxıstanın ibtidai sinif şagirdlərindən ibarət komandası komanda yarışında birinci yeri tutub. Səfirlik bildirib ki, seçki məntəqəsi Bakı vaxtı ilə saat 20:00-a qədər açıq olacaq.
Baş xəbər
"VOA-nın rəsmi məlumatlar əsasında topladığı statistikaya görə, İranın hücumlarına ən çox Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) məruz qalıb. Ondan sonra ardıcıllıqla Küveyt, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı və İordaniya gəlir. Oman sultanlığı isə təxminən 16 PUA hücumu ilə ən az hədəf alınan ölkə olub.
Quba İş Adamlarına Dəstək (QİAD) Platformasının təşkilatçılığı ilə paytaxt Bakıda ziyalılar və sahibkarların iştirakı ilə iftar mərasimi təşkil olunub. Tədbirdə QİAD İdarə Heyətinin sədri Cabbar Heybətov, platformanın üzvləri və 100-ə yaxın dəvətli qonaq iştirak edərək regionun iqtisadi gələcəyini müzakirə ediblər.
2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Rusiyaya elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29,1 faiz azalaraq, 30 milyon 491 min 98 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Rusiyaya elektrik avadanlıqları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz azalaraq, 16 milyon 4 min 14 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artaraq, 1 milyard 412 milyon 649 min dollara bərabər olub.
İslam hadisələri təqvimində Ramazan ayının 25-i "kainat miqyaslı" bir gün hesab olunur. Bu tarixdə Eyn Calutda monqolların məğlub edilməsi ilə ümmətin yenidən doğuluşu yazılıb, Hicazda bütpərəstliyin son qalaları devrilib və Osmanlı fəthləri Belqrad vasitəsilə Avropanın mərkəzinə yol açıb.
İran və Hörmüz boğazı ətrafında alovlanan böhran artıq Yaxın Şərqdə növbəti gərginlik dalğası deyil. Bu, Birləşmiş Ştatların onilliklər boyu Fars körfəzində qurduğu güc arxitekturası üçün real stress-testə çevrildi: hərbi bazalar, təhlükəsizlik zəmanətləri, silah ixracı, dollar hesablaşmaları, siyasi loyallıq və müttəfiq ölkələrin suveren kapitallarının Amerika maliyyə sisteminə bağlanması.
Niderlandın paytaxtı Amsterdamda yəhudi məktəbi yaxınlığında baş verən partlayış şəhər rəhbərliyi tərəfindən yəhudi icmasına qarşı yönəlmiş qəsdən hücum kimi qiymətləndirilib. Partlayış Amsterdamın cənubunda yerləşən yaşayış məhəlləsində baş verib. Nəticədə məktəbin divarının bir hissəsi yanıb, yağış borusu zədələnib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman ilə Ankarada keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında İran, ABŞ və İsrail arasında davam edən hərbi qarşıdurma barədə açıqlama verib. Nazir bildirib ki, regionda davam edən müharibə mümkün qədər tez dayandırılmalıdır. Onun sözlərinə görə, münaqişənin daha geniş coğrafiyaya yayılması Yaxın Şərqdə yeni təhlükəsizlik böhranı yarada bilər.
Azərbaycan COP31-in uğurla keçirilməsi üçün qardaş Türkiyəyə dəstəyini ifadə edib və iqlim gündəliyinin irəli aparılması istiqamətində əməkdaşlığı davam etdirəcək. Nazir müavini qeyd edib ki, COP prosesi Birləşmiş Millətlər Təşkilatı sistemində ən inklüziv platformalardan biridir və bu proses yalnız hökumət nümayəndələrini deyil, həm də vətəndaş cəmiyyətini, akademik dairələri, gəncləri və digər maraqlı tərəfləri bir araya gətirir:
Artıq iki həftədir ki, İranın Körfəz ölkələrindəki yaşayış məntəqələrini, mülki obyektləri və kritik infrastrukturu hədəf alan raket və pilotsuz uçuş aparatı (PUA) hücumları davam edir. Cümə günü Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və bölgə dövlətləri bu hücumların təkcə regional təhlükəsizliyi deyil, həm də qlobal iqtisadiyyat və enerji bazarlarının sabitliyini təhdid etdiyini bəyan ediblər.
İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,52 ABŞ dolları və ya 3,33 faiz artaraq bir barel üçün 109,10 ABŞ dolları təşkil edib. Bildirilib ki, Türkiyənin Ceyhan limanında "Azeri Light" markalı neftin FOB bazasında bir barelinin qiyməti 3,61 dollar və ya 3,55 faiz bahlaşaraq 105,24 dollar olub. "URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,68 dollar və ya 5,54 faiz artaraq bir barel üçün 70,06 dollara çatıb.
Babilon qalasının fəthindən və Misirin ilk İslam paytaxtı kimi Fustat şəhərinin qurulmasından sonra vahid mənəvi və inzibati mərkəzə ehtiyac yarandı. Hicri 20-ci ilin 24 Ramazanında (Noyabr, 641) Fustatda Əmr bin əl-As məscidinin inşasına başlanıldı. Bu məkan təkcə ibadət yeri deyil, həm də Əzhərdən əsrlər öncə fəaliyyət göstərən bir "universitet", məhkəmələrin qurulduğu, məşvərətlərin keçirildiyi və yeni qurulan dövlətin işlərinin idarə edildiyi mərkəz idi.